Mahmud Kərimov kimdir?

Mahmud Kərim oğlu Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan SSR-nın Yerevan şəhərində anadan olub.

2011-06-06 12:48:23


Mahmud Kərim oğlu Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan SSR-nın Yerevan şəhərində anadan olub.
Təhsilini Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində alıb.
Fizika-riyaziyyat elmləri doktoru, professordur.
“Yarımkeçiricilər və dielektriklər fizikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın informatika üzrə həqiqi üzvü seçilmişdir.
М.К.Кərimov 119 çapdan çıxmış elmi işin, həmçinin 65 xaricdə çap edilmiş elmi işin, 9 müəllif şəhadətnaməsi və patentin müəllifidir. 7 elmlər namizədini hazırlamışdır.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir.
Elmi nailiyyətləri:
Molekulyar informasiya çeviriciləri fizikası sahəsində ilk dəfə olaraq yüksək molekulyar sistemlərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar proseslər tədqiq edilmiş və materialların xassələrinin elektrik sahəsi ilə idarə edilməsi,
Makromolekulların informasiya yaddaşı və çevrilməsi mexanizmləri aydınlaşdırılmışdır. Şüalanma və elektrik boşalma plazmasının təsirləri ilə oksid dielektriklərdə nöqtəvi deffektlərin yaranma mexanizmi və kinetikasını tədqiq etmiş, suyun radiasiya və plazma katalik parçalanması proseslərində şüalanma enerjisinin kimyəvi enerjiyə çevrilməsi,
Sudan hidrogenin alınması üçün səmərəli üsullar təklif etmişdir. M. Kərimovun son illirdə apardığı tədqiqatlar nəticəsində molekulyar yarımkeçiricilərdə paramaqnitizm ilə elektrik keçiriciliyinin qarşılıqlı əlaqəsi aşkar edilməsinə həsr olunmuş elektrik keçiriciliyində spin-maqnit effektləri, maqnitorezonans keçiriciliyində isə ifrat incə quruluş aşkar edilmişdir.
Mənbə: Milli Elmlər Akademiyası
 
adam.az