Vüsalə Mahirqızı kimdir?

Abışova Vüsalə Mahir qızı (Vüsalə Mahirqızı)1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olub.

2011-04-04 07:41:25

Abışova Vüsalə Mahir qızı (Vüsalə Mahirqızı)1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olub.
1985-ci ildə Rafiq Abbasov adına Lək kənd 1 saylı orta məktəbinə daxil olub. 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. 
1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, ixtisasca folklorşünas-mifoloqdur.
1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlayıb. “Bakı Universiteti”, “Hürriyyət”, “Azadlıq” qəzetləri ilə əməkdaşlıq edib. 
1998-2000-ci illərdə “Bu gün” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2000-2001-ci illərdə “Məkan” qəzetində baş redaktor müavini işləyib.
2001-2003-cü illərdə «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. Azərbaycanın indiyə qədərki media tarixinin ən gənc baş redaktoru olub. 
2004-cü ilin noyabrından Azəri-Press Agentliyini (APA) təsis edib. Hazırda bu agentliyin təsisçisi və baş direktorudur. 
2008-ci ildə “lent.az” internet qəzetini yaradıb.  
2008-ci ildə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. Şuranın ilk və yeganə qadın təmsilçisidir. 
Ailəlidir, bir qızı var.
adam.az