İslamda pirlərə nəzir vermək olarmı?

Nəzir etmək mömünlərin arasında çox da geniş yayılmamışdır. Çünki nəzirə öncədən niyyət edirsən ki, filan işimi Allahu Təalə düzəltsə

2011-04-04 11:19:07

Nəzir etmək mömünlərin arasında çox da geniş yayılmamışdır. Çünki nəzirə öncədən niyyət edirsən ki, filan işimi Allahu Təalə düzəltsə Onun yolunda məsələn əlavə oruc tutacam,ehsan verəcəm, qurban kəsəcəm, pul paylayacam və sair. Bir məsələ var ki, insanın üzərində Allahın vacib yazdığı bir ibadət üçün nəzir etmək olmaz. Çünki bu insanın borcudur. Nəzir yalnız əlavə ibadətlər haqqında olar. Məsələn bir adamın “Xəstəliyim keçsin namaz qılacam və ya Ramazan ayında oruc tutacağam” nəzir etməsi doğru deyil. Adam Ramazan orucundan başqa əlavə oruc tutmağa niyyət edə bilər. Nəzir haqqında Quranda bəzi örnəklər var.
“İmranın zövcəsinin (Hənnənin): "Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!" - dediyini xatırla!” (Ali-İmran 35)
Bu ayədə xəbəri keçən hz. Məryəmin anası nəzir edərkən, qızı Məryəmin möminə olub Allaha ibadət etməsini nəzir etmədi. Vacib ibadətlərdən əlavə olaraq məscidin xidmətçisi kimi çalışacağına dair nəzir etdi. Hz. Mərəyəmin anası Allaha söz verdi və əməl etdi.
Qapıya gələn və ya yolda oturan dilənçiyə çalışın az da olsa Allah xətrinə bir şey verin. Amma verməsəz Sizə günah olmaz. Verib-verməmək haqqı Sizə aiddir.
Nəzirdən başqa mal ilə olan ibadətlərdən bir də sədəqə var. Sədəqə heç bir şərtə və arzuya bağlı olmayan Allah yolunda xərclənən müstəqil ibadətdir. Sədəqəni nə zaman istəsən qeydsiz şərtsiz verirsən.Yəni şərt qoymadan işin düzəldi düzəlmədi Allah yolunda həmişə sədəqə verirsən. Yadınızdan çıxmasın,  bütün yaxşı əməllər Allah üçün edilir. Buna görə çalışın sədəqə verin.
“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların