Mehdi Abbasov kimdir?

1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1966-cı ildə Yeniyol kənd orta məktəbinə getmiş,

2011-03-15 07:45:35
1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1966-cı ildə Yeniyol kənd orta məktəbinə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə Mehdinin ailəsi erməni təziqinə məruz qalaraq, Qazaxıstan Respublikasının Tülkübas rayonunun Kulan kəndinə köçmüşlər. Mehdi 1980-ci ildə Çimkənd Pedoqoji İnstitutunun hazırlıq şöbəsinə daha sonra, Karaqanda Pedoqoji İnstitutuna daxil olur. O, 1989-cu ildə Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərari ilə Daxili İşlər orqanlarında işləməyə göndərilir. Bir müddət burada müxtəlif vəzifələrdə işlədikdən sonra Mehdi Abbasov 1991-ci il iyun ayının 28-də Azərbaycan Respublikasının DİN-nin sərəncamına göndərilir. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başlayır. O, dəfələrlə DİN-nin mükafatlarına layiq görülmüşdür. Mehdinin son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında gedən döyüşdə, Mehdini snayper gülləsi başından ağır yaraladı. Həmin gün o qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
http://www.milliqahraman.az/milli_qehremanlar/446-abbasov-mehdi-yusif-odlu.html

İsmayıllı rayonunun keçmiş Ruşan kəndi Mehdi Abbasovun adını daşıyır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.