Qusmaq dəstamazı pozurmu?

Hamiləyəm, və təz-təz qusmağım gəlir. Və eşitdiyimə görə ağız dolu qusanda dəstamaz almaq lazımdır. Mənə nə məsləhət görərdiniz? Mən hər dəfə qusandan sonra dəstamaz almalıyam, yoxsa bunun asanlaşdırılmış bir yolu var?

2011-02-28 11:58:08
Qusmanın dəstəmazı pozması ilə bağlı dəlil sayılacaq bir hədis təsbit edilməmişdir. Müctəhid imamlar bu mövzu ilə bağlı qiyasa baş  vurublar deyənlər olsa da bu doğru deyildir. Hz.Ayşə (Allah ondan razı olsun) anamızdan nəql edilən və səhih olduğu qəbul edilən aşağıdakı hədisi İbn Macə götürmüş və həmin bu hədisə Nasbur Rayədə geniş yer verilmişdir.
"Kim namazda ikən qusar və ya burnu qanayarsa tez namazını saxlayıb dəstəmaz alsın və əgər danışmamışsa gəlib namazı qaldığı yerdən davam etsin".
Hənbəli və Hənəfi alimlərinə görə qusmaq dəstəmazı pozar. Hənəfilərə görə ağız dolusu qusmaq dəstəmazı pozar. Hənbəlilərə görə isə bol miqdarda qusularsa dəstəmaz pozular. Ağızdan çıxarılan şey istər qida olsun, istərsə də mədədən gələn qan olsun hər iki halda dəstəmaz pozular. Qaytarılan bəlğəm olarsa isə bu zaman dəstəmaz pozulmaz.(Bəlğəm mədədən deyil, beyindən gəldiyi üçün)
Malikilər və Şafilərə görə isə qusma dəstəmazı pozmaz.
Bunu da bilmək lazımdır ki,qan, irin və qusmaq əgər az olarlarsa dəstəmazı pozmadıqları kimi, Əbu Yusifə görə həm də bunlar nəcis sayılmır. Səhih olan da budur. Belə ki, dəstəmaz pozmadıqlarına görə qan, irin və qusmanın hökmən nəcis olmamaları lazımdır.
Hamiləliyin ilk 3-4 ayında ürəkbulanması və bu ürəkbulanmaların nəticəsi olan qusma normal bir şeydir. Müctəhid alimlərin ictihadlarına uyğun olaraq siz dəstəmazın pozulub-pozulmadığını aydınlaşdıra bilərsiniz. Əgər dəstəmazınız pozulursa bu normal haldır. Digər namaz üçün yenidən dəstəmaz almaq lazımdır. Bir neçə ay belə çətinlik olsa da ibadətin boynumuza fərz olduğunu unutmayaraq müvəqqəti olan bu çətinliyə qatlanmalıyıq. Bunu da unutmamaq lazımdır ki, Allah qatında ən fəzillətli ibadət ən çətin vəziyyətlərdə edilən və davamlı olan ibadətlərdir.