Misirdə internet bərpa edildi

Misir prezidenti Hüsnü Mübarək növbəti seçkilərdə iştirak etməyəcəyini deyib. Trend-in məlumatına görə, bu barədə

2011-02-02 13:36:43
Misirdə yanvarın 25 dən bu günə qədər dövlət tərəfindən kəsilən internet şəbəkəsi bu gün bərpa edilib.
***
Misir prezidenti Hüsnü Mübarək növbəti seçkilərdə iştirak etməyəcəyini deyib. Trend-in məlumatına görə, bu barədə Mübarək çərşənbə günü gecə Milli televiziya vasitəsiylə yayılan xalqa müraciətində bildirib.

"Mən hamıya bildirmək istəyirəm ki, mən heç vaxt gələcək seçkilərdə iştirak etmək fikrində olmamışam. Mən artıq hakimiyyətdə kifayət qədər vaxt keçirmişəm", prezident deyib, məlumatı RBC yayıb.

Eyni zamanda, Mübarək gələcək aylarda prezident vəzifəsində qalmaq və Misiri yeni hökumətə təhvil vermək fikrində olduğunu da açıqlayıb.
Misir prezidenti ölkədə  keçən kütləvi iğtişaşların iştirakçılarını pisləyib.

"Bir çox il bu vəzifədə olduğumdan fəxr edirəm. Bu bizim hamımızın ölkəsidir, xeyli vaxtdır mən bu öıkədə yaşayıram, mən Misirdə yaşamaq və Misirdə ölmək niyyətindəyəm. Mənim fəaliyyətimə zaman qiymət verəcək", Mübarək deyib.

Misirdə növbəti prezident seçkiləri 2011-ci ilin sentyabr ayında keçirilməlidir.

Yanvarın 25-dən Misirdə iqtisadi və siyasi islhatların keçirilməsi və hökumətin dəyişilməsini tələb edən ketləvi etiraz aksiyaları keçirilir. İğtişaşlar quldurluq və yanğınlarla müşayiət olunur, qurbanların sayı artıq 150-yə çatıb.
TimeTürk Azərbaycan xidməti