Misir Mərdanov kimdir?

ərdanov Misir Cumayıl oğlu - riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın təhsil naziri

2010-11-29 11:26:37
Mərdanov Misir Cumayıl oğlu - riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın təhsil naziri
 Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Salah kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, həmən il Azərbayca Dövlət Universitetinə daxil olub. 1969-cu ildə Universitetin mexanika-riyaziyyat fakültəsini bitirib.
 M.Mərdanov 1970-1972-ci illərdə ADU-nun aspirantı olub. 1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
 
1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.
 1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.
 
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Universitetin rektoru olub.
 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışır. Ailəlidir 3 övladı var.
 Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.
 
15-dən artıq kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.
 Yeni Azərbaycan Partiyasının Siyasi şurasının və İdarə heyətinin üzvüdür.
Qaynaq -  Vikipedia