Memar Sinan kimdir?

Memar Sinan türk memarı olub dünyanın ən böyük memarlarından biridir. Kayserinin Ağırnas kəndində dünyaya gəlmiş, 17 iyul 1588-ci ildə İstanbulda vəfat etmişdir.

2010-11-29 15:56:38
Memar Sinan türk memarı olub dünyanın ən böyük memarlarından biridir. Kayserinin Ağırnas kəndində dünyaya gəlmiş, 17 iyul 1588-ci ildə İstanbulda vəfat etmişdir.  Doğum tarixi dəqiq deyildir. Ailəsinə və keçirdiyi həyat tərzi ilə bağlı bəzən yetərsiz, bəzən də ziddiyətli məlumatlar, müasiri Sai Mustafa Çələbinin onun dilindən yazdıqlarına, memarbaşı olduğu vaxtlardan qalan yazışmalara, özünün vəqfinə və yazarı bilinməyən mənbə və kitablara dayanmaqdadır.

Mənbələrə görə Sinan, I Səlim (Yavuz) sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516-1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu.
1-ci Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529-1532-ci illər arasında Almaniya, 1532-1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona “haseki” ünvanı verilmişdir. 536-cı ildə Pulya səfərlərinə qatıldı. 1538-ci ildə iştirak etdiyi Karabuğdan (Moldova) səfəri ərəfsində Prut çayı üstündə inça etdiyi bir körpü ilə hamının diqqətini öz üzərinə çəkdi. Bir il sonra Əcəm Əlinin ölümündən sonra onun yerinə, sarayın baş memarı oldu. Ömrünü axırına qədər bu vəzifədə qaldı.
Memar Sinan Osmanlı imperatorluğunun ən güclü olduğu dövrdə yaşamışdır. I Süleyman (Qanuni), II Səlim və III Murad  kimi üç böyük sultan zamanında baş memar olmuş, imperatorluğunun gücünü simvolizə edən şah əsərlərinin layihələşdirilib tikilməsində əsas rol oynamışdır. Sənətdə təsiri ölümündən sonra da qalmış, hər zaman hörmətlə qarşılanmışdır.
1982-ci ildə İstanbuldakı Dövlət İncəsənət Akademiyasının bazasında qurulan yeni universitetə onun adı verilmişdir. Sinanın bir memar kimi yetişməsi ilə əlaqədar kifayət qədər məlumat olmasa da dülgərliyi Əcəmi oğlanlar ocağında öyrəndiyi ehtimal edilir. Əcəmi oğlanlar başqa işlərlə bərabər memarlıq işləri ilə də vəzifələndirilirdilər.
Sinan daha sonra orduda struktur ehtiyaclarını ödəyən vəzifələrdə işləmiş, buradakı işləriylə önə çıxmışdır. İstər orduda usta-şagird münasibətləri içində həyata keçirilən tikinti və təmir işləri, gərəksə orduyla gettiyi yerlərdə müşahidə etdiyi binalar Memar Sinanın yetişməsində  əsas rol oynamışdır. Müxtəlif mənbələrə görə Sinan 84 cami (böyük məscid), 52 məscid, 7 məktəb və darulqurra, 22 türbə, 17 imarət, 3 daruşşəfa, 7 su kəməri, 8 körpü, 20 karvansaray, 35 köşk(bağça) və saray, 6 anbar və yeraltı anbar, 48 hamam olamaqla, adı çəkilməyənlərlə birlikdə üç yüz əllidən çox memarlıq əsərləri yaratmışdır.
Əlli ilə yaxın bir zaman! Osmanlı İmperatorluğunun baş memarı olmasına baxmayaraq bütün bu abidələrin hamısını onun layhələşdirib tətbiq etməsini söyləmək çətindir. Çoxu İstanbulda olmaqla yanaşı imperatorluğun hər tərəfində yerləşən bu abidələrin bir qisminin  tələbələri, yaxud da ona tabe olan memarlar qrupunun inşa etməsi də mümkün ola bilər. Bunların arasında təmir edilənlər də var. Bu cür rəqəmlər həm də Sinana olan hörməti göstərir. Onun əsl əhəmiyyəti abidələrində həyata keçirdiyi təcrübə və gətirdiyi yeniliklərlə Osmanlı-türk memarlığını klassiki zirvəsinə qaldırmasıdır.
Sinan baş memar olmasından öncə də qeyri-hərbi tikililər layihələndirmiş və tikmişdir. Amma ilk əhəmiyyətli memarlıq əsəri İstanbuldakı Şahzadə (Mehmed) Camisidir. Özünün şagirdlik dövrü əsəri olaraq adlandırdığı bu Cami dörd ayağın daşıdığı və dörd yarım günbəzin dəstəklədiyi bir günbəz ilə örtülüdür. Xarici bər-bəzəyin təsiri azaldılmış, içəridə isə daha işıqlı bir məkan yaratmaq yolu tutlmuşdur. Bundan sonra tikdiyi Üsküdardakı Mehrimah Sultan Camisində isə yarımçıq günbəzlərin  sayı üçə endirilərək daha rahat bir daxili məkan ortaya qoyulmuşdur. Osmanlı-türk memarlığının ən mühim abidələrindən biri Süleymaniyyə camisi və külliyyəsidir. Sinan tələbəlik dövrü abidəsi adlandırdığı bu camidə İstanbuldakı Bəyazid camisində istifadə olunan daşıyıcı sistemi yeniləmış, dörd ayaq üstünə oturan günbəzi giriş-mehrab istiqamətindəki yarım günbəzlərlə dəstəkləmişdir.
Bu Ayasofya ilə ortaya qoyulan struktur onun tərəfindən bir daha ələ alınmasıdır.
Süleymaniyyə, darulqurrası, daruşşəfası, hamamı, imarəti, altı mədrəsəsi, dükanları, və Qanuni Süleyman ilə Xürrəm sultanın türbələriylə böyük bir sahəyə yayılmış şəhərsayağı bir tərtibatdır və Türklərin dini tikililərdə ictimai xidməti də yerləşdirmələrinin bariz nümunəsidir.
Günbəz və yarım günbəzlər sanki bir-birinə keçrilmiş kimi inşa edilib. Bina bu nizamdan irəli gələn durğunluqla İstanbulun Xəlicə baxan təpələrin birində yerləşir. Dövrünün öndə gələn bütün sənətkarlarının tikintisində iştirak etdiyi Süleymaniyyə hər incəliyi ilə bir bütün kimi ələ alınmışdır. Yedi il kimi qısa bir zamanda bitirilmiş olması Sinanın memarlıqda olduğu qədər təşkilatlanma sahəsindəki istedadını da ortaya qoymuşdur. Caminin inşa edildiyi dövrə işıq tutan mühasibat kitabçaları da bu günədək qalmışdır. Sinan bina ilə dam örtüyü üçün ən mükəmməl daşıyıcı sistemi, ən mükəmməl formanı əldə etmək üçün təcrübələrə baş vurmuş, hətta bəzən keçmişdə istifadə edilən sonradan tərk edilən üsulları yeniləyərək bunların necə inkişaf etdiriləcəyini araşdırmışdır. Bəzən də bu cür təcrübələri birbirinə paralel olaraq davam etdirdiyi görülür.
Istanbuldakı Sinan paşa camisi kimi binaları, günbəzi altıbucaq bir plana oturtmağı sınaqdan keçirməsiylə  Ədirnədəki üç şərəfəli camini xatırladır. Ədirnəqapıdakı Mihrimah sultan camisində olduğu kimi ana məkanı tək günbəzlə örtən camiləri, erkən osmalı dövrü camilərini yada salır. Təcrübələrinin ən maraqlılarından biri yenə İstanbuldakı Piyalə paşa camisidir. Burada kökləri erkən Osmanlı dövründən də əvvəllərə gedib çıxan və binanı çox sayda günbəz ilə örtən çox ayaqlı cami sxemini ələ almışdır. Bütün bu təcrübələr onu şah əsərlərindən birinə, Ədirnədəki Səlimiyyə camisinə götürdüyü üçün əhəmiyyətlidir.
Sinan memarlığının ustalıq dövrünü təmsil edən bu camidə daha öncə İstanbuldakı Rüstəm paşa camisində həll etməyə çalışdığı bir problemi, yəni günbəzi səkkizbucaq bir plan üzərinə yerləşdirmək düşüncəsini tətbiq etmişdir. Sinan burada 31 m-i keçən ölçüsü ilə ən böyük günbəzini inşa etmişdir. Külliyyenin digər binaları camiyə görə arxa planda tutulmuşdur. Səlimiyyə strukturundan məkanın meydana gəlməsinə, tənasüblərdən bəzənməsinə qədər klassik dövr osmanlı-türk memarlıq sənətinin dilini ortaya qoyan, qaydalarını göstərən çox əhəmiyyətli bir şah əsəridir.
Sinan digər memarlıq abidələrində də axtarışını davam etdirmişdir. Türbələri buna misaldır. Şahzadə Mehmed türbəsində dilimli günbəzdən istifadə etmiş, qeyri-adi ölçüdə bəzəkli bir səth tərtibatından istifadə etmişdir. Qanuni Süleyman türbəsində də daxili məkan ilə xarici görünüş arasında  ahəng yaratmaq məqsədi ilə örtük kimi osmanlı-türk memarlıq ənənəsində çox  istifadə edilməyən ikiüzlü günbəzi seçmiş, iç günbəzi binanın içindəki ayaqlara, çöl günbəzi də çöldəki divarlara daşımışdır. II Səlim türbəsində isə ənənəvi altı ya da səkikizbucaqlı plan yerinə əsas üzvləri arasında paralellik yaradan künclərin kəsik kvadrat planını seçmişdir. Sinanın təcrübəyə dayanan tərzini digər işlərində də davam etdirdiyi nəzərə çarpır. Hər zaman xidmətə, daşıyıcı sistemə, binanın yerləşdiyi yerə görə ən uyğun olacaq formanı axtarmışdır.
Yola çıxış nöqtəsi ənənəvi forma və plan sxemləri olmasına baxmayaraq bunlara qatı bir şəkildə bağlı qalmamış, şərtlərin tələb etdiyi yerlərdə yeni formalardan istifadə etmiş, beləcə köhnə ilə yeni arasında bir əlaqə yaratmışdır. Sinanın əsərləri memarlıq baxımından olduğu qədər mühəndislik baxımından da əhəmiyyət daşıyır.
Bu səbəblə “müasiri olan dünyadakı memarların və mühəndislərin başı”  deyə adlandırılmışdır. Binalarının çoxunun 400 il sonra belə ayaqda durması, hətda istifadə edilməsi onların daşıyıcı sistemlərinə olduğu qədər təməllərinə də diqqət yetirilməsindəndir.
Sinanın mühəndis tərəfi su kəmərləriylə körpülərin inşasında da ortaya çıxır. Bu işlərində zamanında mövcud olan bütün mühəndislik təcrübələrini tətbiq etmiş, hətda bəzən də onları arxada qoyacq layihələr həyata keçirmişdir. Istanbulun su problemini həll etməklə vəzifələndirilmiş, bəndləriylə, tunelləriylə, su kanalları və su kəmərləriylə, yığma və paylama xüsusiyyətləriylə uzunluğu 50 km-i keçən və Kırkçeşmə adıyla bilinən su anbarlarının tikintisini həyata keçirmişdir. Süleymaniyyə külliyyəsinə 53 milyon axça xərcləndiyi halda Kırkçeşmə anbarlarına 43 milyon axça xərclənməsi də dövründə bunlara verilən əhəmiyyətin başqa bir nümunəsidir.
Sinan körpülərinə də ən azı digər işləri qədər qiymət vermiş, cəmi uzunluğu 635,5 m-ə çatan Böyükçəkməcə körpüsü ilə sağlam olduğu kimi gözəl də olan bir memarlıq abidəsi yaratmışdır. Ən geniş sahəni örtəcək günbəzi, ən incə və uzun minarəni araşdırmaq, belə bir minarədəki şərəfələrə bir-biriylə kəsişməyən üç pilləkənlə çıxmağı sınaqdan keçirmək, bu mühəndislik dühasının yaradıcılığını ortaya qoyan örnəklərdir. Memarlığı  içindən çıxdığı xalqın ümumi düşüncəsiylə uzlaşan bir bütünlük içindədir. Bu öz dövrünün ehtiyaclarını öz imkanlarıyla qarşılayan, amma keçmişin təcrübə və məlumatlarını da əhatə edən bir fəaliyyətdir.
Tikinti vasitələri və qaydaları, əldə edilən formalarla və onlar da yerli şərtlərlə tarazlıq içindədirlər. Bunları birbirlərindən və içində olduqları ictimai dəyərlərdən ayrı tutmaq imkansızıdr. Ortaya çıxan memarlıq əsərləri xalqın böyük qismi tərəfindən mənimsənən rəmzlərə çevrilmişdir. Bu konkret bir yerə və zamana aid olan, başqa bir bənzəri olmayan memarlıq deməkdir.
Osmanlı-türk mümarlığı onunla birlikdə formalaşma və bütünləşmə mərhələsini bitirmiş, arayışlar mərhələsindən klassik dövrə keçmişdir. Beləcə həm şərq, həm qərb ilə əlaqəli olan, Anadolu vəAğdəniz mədəniyyətlərinə sahib çıxan bir osmanlı-türk memarlıq birləşməsi ortaya çıxmışdır.
Memar Sinanın sənəti inşaatla əlaqəli digər sənətlərə də təsir etmiş, imperatorluğun hər yerindəki tikinti fəaliyyətləri üçün yol göstərici olmuşdur.