Cümə günləri oruc tutmaq sünnətdirmi?

Cümə günü oruc tutmaq nəinki sünnət deyil, hətta bəzi hallarda haramdır. Cümə günü mübarək gün olaraq bir növ bayram günü olduğu üçün bu gün oruc tutmaq uyğun görülməmişdir.

2010-11-24 17:23:39
Cümə günü oruc tutmaq nəinki sünnət deyil, hətta bəzi hallarda haramdır. Cümə günü mübarək gün olaraq bir növ bayram günü olduğu üçün bu gün oruc tutmaq uyğun görülməmişdir. Sırf cümə günü olduğu üçün o gün oruc tutmaq isə Peyğəmbər(s.a.v) tərəfindən nəhy (qadağan) edilmişdir. "Cümə gecəsini digər gecələr arasından seçib xüsusi namaz təxsis etməyin. Cümə günün digər günlər arasından seçib oruc günü təyin etməyin. Ancaq birinizin tutmaqda olduğu oruc o günə təsadüf edərsə, xaric."(Buxari, Müslim)
" Sizdən heç kim cümə günü oruc tutmasın. Ancaq bir gün öncədən və ya sonradan oruc tutarsa, bu halda cümə günü oruc tuta bilir."( Buxari)
Bu hədislərdən bəlli olduğu kimi cümə gününü bir oruc günü kimi təyin etmək olmaz. Alimlər bunun haram olduğunu bildirmişlər. Amma biri qəza, kəffarət yəmin, nəzir ard-arda oruc tutarsa və ya hz. Davudun (ə) orucu kimi bir gündən bir tutarsa və bu tutduğu oruclar cümə günlərindən birisinə təsadüf edərsə, burda bir qəbahət yoxdur.