Baş örtüsü əleyhdarlarına bir xatırlatma
09.12.2010




Ey müsəlman qızlarının məktəblərdə başını açdırmaq istəyən biçarələr!

Bilin və agah olun ki, bu baş örtüsü çox ciddi bir şeydir.

Tək biz müsəlmanlar üçün yox elə sizin üçün də. Deyimmi niyə?

Tarixən İslamla problemi olanlar nə hikmətdirsə baş örtüsündən başlamışlar. 

Və elə yenə nə hikmətdirsə müsəlmanlar da öz ciddi hərəkıtlərini qadınlarının baş örtüsünə toxunandan sonra başlamışlar.

Hələ Rəsulullahın zamanında ... Mədinə bazarında bir müsəlman qadının başını yəhudilər zorla açdılar.

Bu yəhidilərin ilk İslama qarşı ciddi aksiyası idi. Və müsəlmanlar da bəlkə də tarixlərini ilk ən qlobal mahiyyətli işini etdilər.

Çox qeyzləndilər və bu qeyz onları silkələdi...

Elə silkələdi ki, o gücsüz müslüman topluluq bütün yəhudiləri Ərəb yarımadasından sürgün etdi...

O yəhudilər ki, Ərəb yarımadasının ən güclüləri idi... Bazarlar onların əlində idi... Ən yüksək qalalar onlarda idi... Amma getdilər!!!

Sonra Abbasilər dövründə bizanslılar bir müslüman qadının yenə BAŞ ÖRTÜSÜNƏ toxundu... Qadın nalə çəkdi: "Ey Rəsulullahın xəlifəsi mədəd" dedi...

Xəlifəyə bu çatdı... Müslüman qoşunu nəinki o qadını, ümumiyyətlə o bölgəni kəfərədən azad etdi...

Sonra Osmanlının son günlərində Südçü İmam deyilən bir Allah qulu....

İşğalçı fransızların öz süngüsü ilə bir türk qadınının başını açdığını gördü... əsgəri öldürdü və üsyan qalxdı...

Bu üsyanla şəhər frasızlardan azad edildi...

Və sonda Cümhuriyyət Türkiyəsi... Baş örtüsü qadağası... Müsəlmanları ictimai həyatdan silmək istəyi... Məktəblərdə zülm...

Və bunun motivə etdiyi İslami hərəkat... 

Və AKP ... İkinci Cumhuriyyət... Yeni Osmanlılıq...

Ey müsəlman qızlarına məktəblərdə əziyyət verənlər vallah bu işi qurdalamayın...

Bu saqqalın şöbələrdə qırxdırılması deyil... Məscidlərin uçurulması deyil... 

Bu HİCABDIR... 
 
Nurlan Ezimov
Hicab butun dünyada olduğu kimi memeleketimizde de da şeri problemlerdendir. Bu sahede tolerantliq numunesi olmagimiz daha vacibdir. Mesele burasindadir ki, basi ortmek Ilahi emrdir ve uzunuzadi muzakirelerinin aparilmasi bize ne qazandiracaq. Isteyen bashini ortsun ve Bakida bele qadinlarin sayi getdikce de coxalir. Esl problem bu qadinlarin cemiyyet heyatindan tecrid olunmasinin qarsisini almaqdadir. Seriet ve ya xilafet dovleti qurmaga da ehtiyac yoxdur......!
22.11.2011 13:18:54
Hekim
Agziniza sagliq, Ramin qardash! Allah sizden razi olsun!
21.03.2011 20:46:55
MALİK
BU GOZEL MEQALEYE GORE TESEKKUR ALLAH RAZİ OLSUN SENDE BİR SEYİ QEYD ELEYİM Kİ, BİLDİYİME GORE İSLAMDA İLK QANİN TOKULMESİNE SEBEB YENE BASORTUYUNU ACMAQA CEHT EDEN BİRİSİNİ MUSESELMENİN OLDURMESİYLE SONUCLANMİSDİR
22.01.2011 23:56:01
İlahə
ALLAH razı olsun Ramin qardaş. İNŞALLAH o insanlara etdiklərinin qarşılığını bu dünyada və axirətdədə göstərəcək! Amin!
16.12.2010 06:38:31
ferhad sherif
saq ol Vekilov, düzü senden bele yazi gozlemezdim, herden sozu sert demek de ishe yarayir...
16.12.2010 00:19:50
Vetendash
Ellerine sagliq Ramin bey. Hicaba el vuranin axiri nece olacagini hec ozu de bilmir. Cox zile qalxmayin, bu bele davam etmez ey yuxari Kursulerde eyleshen memurlarimiz!!!
10.12.2010 16:27:54
YAZARIN ÖNCEKİ YAZILARI
Yazarlar
Alınan
Müsahibə
Facebook