Baş örtüyü, hicab, kəlağayı...
01.01.2011






Baş ör­tü­yü ilə bağ­lı xey­li müd­dət­dir bi­lən­lər, bil­mə­di­yi­ni bi­lən­lər, bil­mə­di­yi­ni bil­mə­yən­lər, bil­di­yi­ni zənn edən­lər, bil­mə­di­yi hal­da bil­gi­li ki­mi gö­rün­mə­yə ça­lı­şan­lar və həd­di­ni bil­mə­yən hər­şey­şü­nas­lar ya­zır­lar, da­nı­şır­lar. İn­san heç nə bil­mə­sə də, heç ol­ma­sa həd­di­ni bil­mə­li­dir. Bu­nu sə­mi­mi ola­raq bil­mək, öy­rən­mək is­tə­yən­lə­rin fik­ri­nə əsa­sən be­lə bir ya­zı yaz­maq qə­ra­rı­na gəl­dim. Çün­ki ca­vab, bil­mək is­tə­yə­nin haq­qı­dır. Bu haq­qı isə haq­qı ol­ma­yan­la­rın əha­tə dai­rə­sin­də sax­la­maq haq­lı­la­ra haq­sız­lıq olar.
Ol­du­ğu­nu gös­tər­mək, "mən də va­ram" de­mək is­tə­yən­lər, qon­şu­dan ge­ri qal­ma­maq fik­ri ilə hə­yat­la­rı­nı sü­rü­yən­lər, zi­ya­lı, mo­dern, han­sı­sa klas­si­kin əs­ri­miz­də­ki da­vam­çı­sı ol­du­ğu id­dia­sın­da olan­lar və sa­ir­lər elə hey bu haq­da cız­ma-qa­ra edir­lər. Am­ma evin su təc­hi­za­tı xa­rab olan­da qəs­sab ça­ğır­ma­yan, di­şi ağ­rı­yan­da gi­ne­ko­lo­qa get­mə­yən bu in­san­lar din­lə bağ­lı mə­sə­lə­də dər­hal us­tad, şeyx olub çı­xır qar­şı­mı­za. Bə­li, hər sa­hə­nin ix­ti­sas sa­hə­si ol­du­ğu ki­mi bu sa­hə də pe­şə­kar­lıq tə­ləb edir. Dər­man alar­kən han­sı mad­də­dən nə qə­dər is­ti­fa­də edil­di­yi­ni əc­za­çı­dan so­ruş­ma­yan­lar, sa­tı­cı­nın de­di­yi­nə qeyd-şərt­siz əməl edən­lər di­ni mə­sə­lə­də dər­hal "alim" olur­lar. Bu mə­sə­lə­lə­ri heç ol­ma­sa bi­lən­dən so­ruş­saq, da­ha mən­tiq­li ol­maz­mı? Hər iki ca­va­bı bir kə­na­ra qo­yub ke­çək əsas mət­lə­bə...
Baş ör­tü­yü nə­dir? Din­lər­də, xü­su­si­lə də vəh­yə əsas­la­nan din­lər­də bu mə­sə­lə­yə mü­na­si­bət ne­cə­dir? Bi­rin­ci ola­raq, baş ör­tü­yü­nün Al­la­hın əm­ri ol­ma­sı ilə bağ­lı mə­sə­lə­yə mü­ra­ci­ət edək.
 
İla­hi din­lər­də baş ör­tü­yü
Əli­miz­də möv­cud olan ya­zı­lı Töv­rat­da (Elo­him) bu­nun­la bağ­lı buy­ruq ol­ma­dı­ğı hal­da Rab­bi­nik rə­va­yət­lər­də be­lə de­yi­lir: "İs­ra­il qız­la­rı­na ba­şı açıq çöl­də gəz­mək ya­raş­maz", "Ar­va­dı­nın saç­la­rı­nı gös­tər­mə­si­nə ica­zə ve­rən ki­şi­yə lə­nət ol­sun"... "Ba­şı açıq ai­lə­li bir qa­dı­nın ol­du­ğu məc­lis­də dua və iba­dət et­mək qa­da­ğan­dır". Töv­rat­da isə bü­tün hör­mə­tə la­yiq və nü­fuz­lu qa­dın­la­rın ba­şı ör­tü­lü ol­du­ğu qeyd edi­lir. İs­haq pey­ğəm­bə­rin hə­yat yol­da­şı, Yə­qub pey­ğəm­bə­rin ana­sı Rə­hil, Yu­suf və Mu­sa pey­ğəm­bər­lə­rin ana­la­rı və sa­ir ba­şı ör­tü­lü ola­raq təs­vir edi­lir. Ha­zır­da ha­si­dim yə­hu­di ca­maa­tı­nın qa­dın­la­rı­nın ha­mı­sı pa­rik­lə gə­zir­lər. Yə­hu­di­lik­də baş ör­tü­yü əsa­sən if­fət ki­mi qə­bul edi­lib.
Xris­ti­an­lı­ğın mü­qəd­dəs ki­ta­bı olan İn­cil­də be­lə bu­yu­ru­lur: "Mən Mə­sih­dən nü­mu­nə gö­tür­dü­yüm ki­mi siz də mən­dən nü­mu­nə gö­tü­rün... Ba­şıa­çıq dua, ya­xud pey­ğəm­bər­lik edən hər qa­dın da öz ba­şı­nı şə­rəf­siz edir. Be­lə qa­dın­la saç­la­rı qır­xıl­mış qa­dın ara­sın­da fərq yox­dur. Əgər qa­dın ba­şı­nı ört­mür­sə, qoy saç­la­rı­nı qı­sa kəs­sin. Am­ma əgər qa­dın üçün sa­çı­nı qı­sa kəs­mə­si, ya­xud qırx­ma­sı ayıb­dır­sa, qoy ba­şı­nı ört­sün. Özü­nüz qə­ra­ra gə­lin, Al­la­ha ba­şıa­çıq dua et­mək qa­dı­na ya­ra­şar­mı?" ("Ko­rinf­li­lə­rə bi­rin­ci mək­tu­bu", 11/5-6).
     
İs­lam­da baş ör­tü­yü
İn­di isə İs­la­mın baş ör­tü­yü ilə bağ­lı möv­qe­yi­nə nə­zər sa­laq. Bil­di­yi­miz və bil­di­yi­ni­zi gü­man et­di­yi­miz ki­mi, İs­lam di­ni­nin əsa­sı Qu­ra­ni-Kə­rim və bu ki­ta­bı in­san­la­ra çat­dı­ran Pey­ğəm­bə­rin hə­dis­lə­ri­dir. Qu­ra­ni-Kə­rim­də Uca Al­lah be­lə bu­yu­rur: "Ey iman gə­ti­rən­lər! ...On­lar­dan (Pey­ğəm­bə­rin zöv­cə­lə­rin­dən) bir şey so­ruş­duq­da, pər­də ar­xa­sın­dan so­ru­şun. Bu həm si­zin, həm də on­la­rın ürək­lə­ri­nə da­ha çox tə­miz­lik bəxş edər..." ("Əh­zab" su­rə­si, 33/53).
"Ey Pey­ğəm­bər! Zöv­cə­lə­ri­nə, qız­la­rı­na və mö­min­lə­rin qa­dın­la­rı­na de ki, ör­tük­lə­ri­ni ört­sün­lər. Bu on­la­rın ta­nın­ma­sı və on­la­ra əziy­yət ve­ril­mə­mə­si üçün da­ha mü­na­sib­dir. Al­lah ba­ğış­la­yan­dır, rəhm edən­dir!" ("Əh­zab" su­rə­si, 33/59).
Hic­rə­tin 4-cü ilin­də gə­lən bu ayə konk­ret ola­raq pey­ğəm­bə­rin hə­yat yol­daş­la­rı ilə əla­qə­li ola­raq gön­də­ri­lib. Bu­ra­da­kı "pər­də ar­xa­sın­dan" olan kəl­mə hi­cab ter­mi­ni ilə məş­hur olub. Hə­min il baş­qa ayə­lər­lə bü­tün mö­min qa­dın­la­ra baş ör­tü­yü əmr edi­lib. Al­lah be­lə bu­yu­rur: "Mö­min ki­şi­lə­rə de ki, göz­lə­ri­ni ha­ram edil­miş şey­lər­dən çe­vir­sin­lər, ayıb yer­lə­ri­ni (zi­na­dan) qo­ru­sun­lar. Bu on­lar üçün da­ha yax­şı­dır. Şüb­hə­siz ki, Al­lah on­la­rın nə et­dik­lə­rin­dən xə­bər­dar­dır! Mö­min qa­dın­la­ra de ki, göz­lə­ri­ni ha­ram bu­yu­rul­muş şey­lər­dən çe­vir­sin­lər, ayıb yer­lə­ri­ni qo­ru­sun­lar; öz öz­lü­yün­də gö­rü­nən is­tis­na ol­maq­la, zi­nət­lə­ri­ni göst­rə­mə­sin­lər; baş ör­tük­lə­ri­ni ya­xa­la­rı­nın üs­tü­nə çək­sin­lər..." ("Nur" su­rə­si, 24/30-31).
     
Qu­ran­da baş ör­tü­yü, yox­sa si­nə ör­tü­yü?
Bi­li­rəm çox ab­surd su­al­dır. Am­ma ca­vab ve­ril­mə­li mə­qam­lar ol­du­ğu üçün be­lə sər­löv­hə­ni seç­dim. Bə­zi adam­lar Qu­ra­na ta­be ol­ma­ğın əvə­zi­nə, Qu­ra­nı öz­lə­ri­nə ta­be et­dir­mə­yə ça­lı­şır­lar. Bu ça­lış­ma­la­rın nə­ti­cə­sin­də də zid­diy­yət­lər or­ta­ya çı­xır. Be­lə­lə­ri bu zid­diy­yət­lər bu­rul­ğa­nın­da qərq olub ta­ri­xin və­rəq­lən­mə­yə­cək sə­hi­fə­lə­ri­nə ur­cah olur­lar. İn­di mə­sə­lə­yə bu priz­ma­dan ya­na­şaq. Dil­çi ol­du­ğu hal­da, özü­nü din­çi ki­mi qə­lə­mə ve­rə­rək Qu­ra­nı tər­cü­mə edən şəxs möv­zu ilə əla­qə­li yaz­dı­ğı ya­zı­da be­lə de­yir: "Ənə­nə­vi izah­lar­da hə­min sö­zü baş ör­tü­yü ki­mi qə­lə­mə ve­rib ya­zır­lar ki, qa­dın­lar baş ör­tük­lə­ri­ni bağ­la­yıb sal­ma­lı­dır­lar si­nə­lə­ri­nin üs­tü­nə. Hal­bu­ki hə­min sö­zün nə "baş", nə də "saç" sö­zü ilə əla­qə­si yox­dur. Qa­dın­la­ra xi­ta­bən ba­şı­nı­zı, ya­xud saç­la­rı­nı­zı ör­tün de­yə mü­qəd­dəs Oxu­da bir əm­rə rast gə­lin­mir də ki, bu­nu fərz əməl­lər sı­ra­sı­na aid edə­sən..."
Bə­li, ma­raq­lı və çaş­dı­rı­cı izah­dır. Çün­ki mən­tiq­li ki­mi gö­rün­dü­yü hal­da, ta­ma­mi­lə zid­diy­yət­lər eh­ti­va edən cüm­lə qu­ru­lu­şu­dur. Lü­ğə­tə mü­ra­ci­ət edi­lər­sə, ərəb di­lin­də qa­dın­la­rın is­ti­fa­də et­di­yi ör­tük­lər­lə bağ­lı bun­la­rı gör­mək olar:
1. Bur­qa (bur­ku): Bü­tün üzü ör­tər, 2. Ni­qab: gö­zün bi­ri­ni aça­raq bağ­la­nan ör­tük­dür. 3. Li­fam: Bu­ru­nun üs­tü­nü və göz­lə­ri gö­rü­nən ör­tük­dür. 4. Li­sam: Ağ­zın üs­tün­dən eti­ba­rən ör­tü­lən ör­tük­dür. 5. Xı­mar: Üz is­tis­na ol­maq­la, bo­yu­nu ta­ma­mi­lə ör­tən ör­tük­dür və Qu­ran­da əmr edi­lən ör­tük bu­dur. 6. Na­sif: Bö­yük şər­fə ox­şa­yan ör­tük­dür. 7. Mik­nəə: na­sif­dən da­ha bö­yük­dür və be­lin aşa­ğı­sı­na qə­dər uza­nan baş ör­tü­yü­dür. 8. Cil­bab: Üz is­tis­na ol­maq­la baş­dan aya­ğa hər tə­rə­fi ör­tən ör­tük­dür. Bun­lar lü­ğət­lər­də baş ör­tü­yü ilə əla­qə­li olan söz­lər­dir.
Mən­tiq­dən da­nış­dı­ğı hal­da mən­tiq­siz cüm­lə­lər iş­lə­də­nə mən də baş­qa su­al ver­mək is­tə­yi­rəm: "Bu qə­dər sö­zün han­sın­da baş sö­zü ke­çir?" "Nur" su­rə­sin­də­ki ayə­də qeyd edi­lən "xı­mar" sö­zü lü­ğət­də bir­mə­na­lı ola­raq baş­la əla­qə­li­dir. Spirt­li iç­ki ilə bağ­lı qa­da­ğa da Qu­ran­da ey­ni kök­dən, yə­ni "xamr" sö­zün­dən tö­rə­yib. İki­si ara­sın­da­kı müş­tə­rək nöq­tə "baş"la əla­qə­li ol­ma­sı­dır. Mə­sə­lən, "küfr" də "ört­mək" de­mək­dir. Am­ma ba­şa, ya­xud ağı­la de­yil, ürə­yə nis­bət edil­di­yi üçün fərq­li kök­dən is­ti­fa­də edi­lib. Ey­ni sua­lı bir də tək­rar­la­yı­ram. Bu­nun için­də "baş" sö­zü var­mı? Yu­xa­rı­da sa­da­la­dı­ğım ba­şör­tü­yü ilə bağ­lı söz­lə­rin han­sın­da "baş" sö­zü var?
Bu­na heç eh­ti­yac da yox­dur. Ana di­li­miz­də də be­lə­dir. Yay­lıq, kə­la­ğa­yı, yaş­maq, ör­pək və sa­ir söz­lə­rin­də "baş" sö­zü əla­və olu­nub­mu? Çün­ki ha­mı bi­lir ki, kə­la­ğa­yı, yay­lıq baş ört­mək üçün­dür, aya­ğa ge­yin­mək üçün de­yil. Ərəb di­lin­də "nə­ləyn", "xuf­fə­təyn", "cəv­ra­bəyn" da aya­ğa ge­yin­mək üçün­dür və heç bi­rin­də "ayaq" sö­zü qeyd edil­mir. Bu­ra­da "ayaq" sö­zü keç­mir de­mək nə qə­dər mən­tiq­li­dir­sə, yu­xa­rı­da­kı söz­lər­də "baş" sö­zü­nün keç­mə­mə­si də o də­rə­cə mən­tiq­li­dir və de­yə­nin mən­ti­qi­ni gös­tə­rir.
     
Baş ör­tü­yü Al­la­hın əm­ri­dir!
Mən­tiq­dən bəhs edə­rək mən­tiq­siz id­dia or­ta­ya atan şəxs ya­zır: "Bu­ra­da söh­bət yal­nız qa­dın kök­sü­nün, si­nə­si­nin ör­tül­mə­si zə­ru­rə­tin­dən ge­də bi­lər ki, mü­səl­man ol­sun, ya qey­ri-mü­səl­man, bü­tün mə­də­ni mil­lət­lər için­də bu­na əməl et­mə­yən yox­dur..." Bu­na əməl et­mə­yən yox­dur­sa, Qu­ran on­da ni­yə de­sin ki, si­nə­lə­ri­ni­zi ör­tün. Yax­şı ey­ni mən­tiq­lə biz də so­ru­şaq, "xı­mar" sö­zü­nün için­də ha­nı "si­nə" sö­zü" Bir cüm­lə­də bir ne­çə zid­diy­yət an­caq bu qə­dər ola bi­lər. Heç de­mə, ərəb di­lin­də­ki "xı­mar" sö­zü qa­dı­nın si­nə­si­ni ört­mək üçün imiş. Heç de­mə, baş ör­tü­yü ilə bağ­lı Qu­ran ayə­si gə­lə­nə ki­mi qa­dın­lar na­maz­la­rı­nı si­nə­lə­ri açıq qı­lır­lar­mış... Hal­bu­ki bu mən­tiq tə­xəy­yü­lü ol­du­ğu hal­da, re­al mən­ti­qi ol­ma­yan­lar unu­dur­lar ki, na­maz əm­ri baş ör­tü­yü əm­rin­dən əv­vəl, hic­rət­dən əv­vəl əmr edi­lib. Bu id­dia­la­ra cə­ha­lət de­yi­lir. Cə­ha­lət elm­lər na­mi­zə­di, elm­lər dok­to­ru ol­maq de­yil, cə­ha­lət həd­di­ni bil­mə­mək­dir. Həd­di­ni bil­mə­yə­rək bu id­dia­la­rı or­ta­ya atan­lar da ca­hil­dir...
İn­di gə­lək ayə­də qeyd edi­lən "cəyb" sö­zü­nə... Bu söz lü­ğət­də "qo­puq, cı­rıq, kə­sil­miş" mə­na­la­rı­na gə­lir. Di­li­miz­də də is­ti­fa­də et­di­yi­miz "cib" sö­zü də "açıq yer­lər, ya­xa­nın və qo­lun açıq ye­ri", xü­la­sə bir bar­ma­ğın pal­ta­rın içi­nə gi­rə­cə­yi bü­tün açıq yer­lə­ri­nə de­yi­lir. Elə isə Al­la­hın "Nur" su­rə­si­nin 31-ci ayə­sin­də­ki əm­ri ne­cə­dir və nə­yi nə­zər­də tu­tur? Ca­va­bı sa­də­dir: İs­lam­dan əv­vəl­ki dövr­də ak­se­su­ar ki­mi ba­şın üs­tün­dən be­lə atı­lan ör­tü­yü, bü­tün bo­yu­nu və gər­dan­lı­ğı da əha­tə edə­cək tərz­də ört­mə­yi nə­zər­də tu­tur. Bə­li, bu əmr Al­la­hı ki­ta­bı­na ta­be olan­lar, Al­la­ha təs­lim olan­lar üçün­dür.
Qu­ra­nı də­yiş­dir­mək is­tə­yən­lər...
İs­lam­dan əv­vəl gön­də­ri­lən ila­hi vəh­yə əsas­la­nan ki­tab­la­rın də­yiş­di­ril­mə­si­nin, təh­rif edil­mə­si­nin əsas sə­bə­bi bu idi. Hə­qi­qə­tə ta­be ol­ma­ğın əvə­zi­nə, hə­qi­qə­ti öz­lə­ri­nə ta­be et­di­rib in­san­la­rı çaş­dı­rır­dı­lar. Hə­min ki­tab­lar­la bağ­lı nə­ti­cə göz qa­ba­ğın­da­dır. Am­ma Qu­ran­la bağ­lı bu­nu ba­car­ma­ya­caq­lar. Çün­ki öz id­dia­la­rı­nı Qu­ra­na əsas­lan­dır­ma­ğa ça­lı­şan­lar, ayə­lə­rə yan­lış ola­raq is­ti­nad edən­lər heç vaxt is­tə­dik­lə­ri­nə na­il ola bil­mə­yib­lər.
Al­lah Qu­ran­da ge­yi­min bir ne­mət ola­raq gön­də­ril­di­yi­ni bu­yu­rur: "Ey Adəm oğul­la­rı! Si­zə həm çıl­paq­lı­ğı­nı­zı ört­mək, həm də ge­yim və bə­zək­li li­bas bəxş et­dik. La­kin təq­va li­ba­sı da­ha xe­yir­li­dir. Bu, Al­la­hın ayə­lə­rin­dən­dir ki, bəl­kə, öyüd-nə­si­hə­tə qu­laq asa­sı­nız" ("Əraf" su­rə­si, 7/26). Bu­ra­da təq­va­sız ör­tü­yün ruh­suz cə­səd ki­mi ol­du­ğu bil­di­ri­lir. Ge­yin­mək in­sa­nın şəx­siy­yə­ti­nə fi­kir ve­ril­mə­si üçün­dür. Ör­tün­mə­yin əsa­sın­da cin­siy­yə­tin ic­ti­mai­ləş­di­ril­mə­mə­si da­ya­nır. Ör­tün­mək qa­dın-ki­şi mü­na­si­bə­ti­nin cins­lik­lə de­yil, şəx­siy­yət üzə­rin­dən hə­ya­ta ke­çi­ril­mə­si üçün­dür. Mü­na­si­bət­lə­rin zə­hər­lən­mə­mə­si üçün­dür.
Ör­tün­mə­yin çər­çi­və­si­ni və sər­hə­di­ni əmr edən qa­dı­nı da ki­şi­ni də ya­ra­dan­dır. O isə ya­rat­dı­ğı­nı bü­tün ya­ra­dı­lan­lar­dan yax­şı ta­nı­yır. Bu sər­hə­di qo­yan Al­lah­dır. Mü­səl­man bu­na iman gə­ti­rib Al­la­hın hök­mü­nə ta­be olan­dır. Kə­nar­dan de­yən­lər və müx­tə­lif id­dia edən­lər isə Qu­ra­nın ifa­də­si ilə "Al­la­ha di­ni­ni öy­rət­mə­yə ça­lı­şan­lar­dır" ("Hu­cu­rat" su­rə­si, 49/16). İn­di isə gə­lək "Al­la­ha di­ni­ni öy­rət­mə­yə ça­lı­şan­la­ra..."
 
Baş ör­tü­yü sim­vol­dur!
Hər kəs sim­vo­lu bir cür ba­şa dü­şür. Sim­vol gö­rün­mə­yən, bi­lin­mə­yən, ya­xud dərk edil­mə­yən bir şe­yi ox­şat­maq, uy­ğun­laş­dır­maq ki­mi müx­tə­lif yol­lar­la təm­sil et­mək üçün is­ti­fa­də olu­nan nəs­nə və ya va­si­tə­dir. Ey­ni­cür ba­şa dü­şən­lə­rə xa­tır­la­dım ki, bə­li, baş ör­tü­yü sim­vol­dur. Nə­yin sim­vo­lu­dur? Baş ör­tü­yü si­ya­sə­tin sim­vo­lu de­yil, Al­la­ha itaə­tin sim­vo­lu­dur. İs­lam di­ni­nin əsas­la­rın­dan bi­ri olan həcc sim­vol­lar­dan iba­rət iba­dət ol­du­ğu ki­mi baş ör­tü­yü də sim­vol­dur.
Baş ör­tü­yü sim­vol ol­du­ğu ki­mi baş ör­tü­yü qa­da­ğa­sı da baş­qa bir sim­vol­dur. Nə­yin sim­vo­lu­dur? Təz­yi­qin sim­vo­lu­dur. Din­dar ol­ma­yan­la­rın din­dar olan­la­ra qar­şı zül­mü­nün sim­vo­lu­dur. İn­san haq­la­rı­nın tap­dan­ma­sı­nın sim­vo­lu­dur. Bu sim­vol­la əla­qə­li Pey­ğəm­bə­rin döv­rün­də baş ve­rən bir ha­di­sə­ni bu­ra­da qeyd et­mə­yim ye­ri­nə dü­şər­di...
Mə­di­nə­də mü­səl­man­la­rın hər ötən gün güc­lən­di­yi­ni həzm edə bil­mə­yən­lər bu­nu qus­maq üçün yol­lar ax­ta­rır­dı­lar. Bir gün ba­şı ör­tü­lü mü­səl­man bir qa­dın yə­hu­di­lə­rin Mə­di­nə şə­hə­rin­də­ki Qay­nu­qa ba­za­rı­na get­miş­di. Zər­gər dü­ka­nın­da qa­dı­nın ör­tü­yü­nün açıl­ma­sı­na sə­bəb olan yə­hu­di­lər bu mən­zə­rə qar­şı­sın­da gü­lüş­mə­yə baş­la­dı­lar. Və bu on­la­rın Mə­di­nə­də­ki so­nun­cu gü­lüş­lə­ri ol­du. Nə­ti­cə­də ha­mı­sı Mə­di­nə­dən köç­mə­li ol­du­lar.
Bu ha­di­sə­ni yaz­ma­ğı­mın bir sə­bə­bi var. Bə­ni Qay­nu­qa yə­hu­di­lə­ri­nin qa­dın­la­rı­nın da baş­la­rı ör­tü­lü idi. Am­ma bu­na bax­ma­ya­raq on­la­rın baş ör­tü­yü­nə ver­dik­lə­ri mə­na ilə, mü­səl­man­la­rın inan­dıq­la­rı mə­na ara­sın­da fərq­lər var idi. On­lar baş ör­tü­yü­nü ki­şi­nin qa­dın üzə­rin­də­ki hökm­ran­lı­ğı ola­raq qə­bul et­dik­lə­ri hal­da, mü­səl­man­lar bu­nu Al­la­ha itaə­tin və lə­ya­qə­tin sim­vo­lu ola­raq qə­bul edir­di­lər. On­lar mü­səl­man qa­dı­nın baş ör­tü­yü­nə hü­cum edər­kən bu sim­vo­la hü­cum et­miş­di­lər.
 
Mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə yad­la­şan­lar...
Baş ör­tü­yü­nə qar­şı gə­lən­lə­ri, ya­zan­la­rı, eti­raz edən­lə­ri, su­sa­raq nə­ti­cə­si­nin ne­cə ola­ca­ğı­nı göz­lə­yən­lə­ri bir qə­dər ba­şa düş­mək olur. Çün­ki uzun il­lər­dən son­ra ilk də­fə kont­ras­ta mə­ruz qa­lır­lar. Bu, bə­də­nin is­ti su­dan so­yuq gir­mə­si nə­ti­cə­sin­də ya­ra­nan şok ef­fek­ti­nə ox­şa­yır. Çün­ki so­vet re­ci­mi elə bir nə­sil­lər ye­tiş­dir­di ki, həm ənə­nə­lər on­la­ra yad­laş­dı, on­lar da adət­lə­rə əc­nə­bi­ləş­di. İn­di­nin bə­zi sta­tu­sun­dan ası­lı ol­ma­yan yaş­lı şəxs­lə­ri adət-ənə­nə­lə­ri­ni, mil­li-mə­nə­vi də­yər­lə­ri­ni, din­lə­ri­ni ya­şa­dan ana­la­rı­nı, nə­nə­lə­ri­ni, gənc də ol­sa, baş­la­rı­nı ör­tən­lə­ri ge­ri­də qal­mış ki­mi gö­rə­rək öz­lə­ri­ni müa­sir he­sab edir­lər. La­kin unu­dur­lar ki, za­man məf­hu­mu­nun özü nis­bi an­la­yış­dır. Müa­sir­lik məf­hu­mu isə hər döv­rə gö­rə də­yi­şən an­la­yış­dır. Bu id­ra­ka gö­rə, ba­ba­la­rı­mız ge­ri­də qa­lıb biz in­ki­şaf edə­rək müa­sir­ləş­mi­şik, ya da öv­lad­la­rı­mı­za gö­rə biz ge­ri­də qal­mı­şıq. Ba­şı açıq təh­sil­li, zə­ka­lı in­san­lar ol­du­ğu ki­mi, baş ör­tü­yün­dən is­ti­fa­də edən çox ağıl­lı qa­dın­lar var. Mə­sə­lə­yə ge­ri­da­qal­mış­lıq ki­mi ya­naş­maq yum­şaq ifa­də ilə de­sək, cə­ha­lət­dir. Bu cür in­san­lar, keç­miş so­vet re­ci­mi­nin sı­rı­dı­ğı ideo­lo­ci ki­no­lar­da hə­mi­şə ba­şı ör­tü­lü in­san­lar yaş­lı, açıq-sa­çıq­lar isə gənc, müa­sir ki­mi qə­lə­mə ve­ri­lir­di...
Kə­la­ğa­yı­nın, yay­lı­ğın, ör­pə­yin, baş ör­tü­yü­nün on­la­rın tim­sa­lın­da, so­vet re­ci­mi mü­əl­lif­lə­ri­nin əsər­lə­rin­də­ki tən­qid olu­nan mə­qam­lar ki­mi qa­lıb.
 
Müd­rik­lə­şə bil­mə­yən qo­ca ruh­lu "gənc­lər"...
Öz­lə­ri­ni gənc he­sab edə­rək bun­lar­dan fərq­lən­mək is­tə­yən­lər də əv­vəl öz­lə­ri­ni ate­ist he­sab et­di­lər, son­ra ol­ma­yan din­lə­rin­dən im­ti­na et­di­lər, in­di də baş­la­rı­nı ör­tən­lə­ri ge­ri qa­fa­lı he­sab edə­rək tə­zad­lı ba­xış­la­rı­nı da­vam et­di­rir­lər. Hət­ta bun­lar bu tor­paq­la­rı be­lə öz­lə­ri­ni yad he­sab edir­lər. Bun­lar baş ör­tü­yü olan yer­də öz­lə­ri­ni əc­nə­bi ki­mi gö­rür­lər. San­ki de­mək is­tə­yir­lər ki, "biz si­zə gö­rə ka­fir­lə­şə bil­mi­rik". Be­lə­lə­ri­nin ara­sın­da bə­zi qa­dın­lar da var ki, əx­la­qın, na­mu­sun müa­sir­li­yə zidd ol­du­ğu fik­ri­nə qa­pı­lıb, öz­lə­ri­ni bu fi­kir­lə­rin ağu­şu­na atır­lar. Be­lə za­val­lı­la­rı isə xal­qı­mız çox gö­zəl ta­nı­yır...
 
Baş ör­tü­yü dəb de­yil!
Hər­şey­şü­nas­lar­dan bi­ri çı­xıb baş ör­tü­yü­nün dəb ol­du­ğu­nu id­dia edir. Hə­mi­şə dəb­lə ge­yin­di­yi­ni id­dia edən­lər nə­dən­sə bu "də­bə" ya­xın­la­rı­nı la­yiq gör­mür­lər. İna­nan bir in­sa­na inan­dı­ğı də­yər­lər­dən bi­ri­ni tərk et­mə­si­ni tə­ləb edə­rək bu­nu adi dav­ra­nış ola­raq he­sab edən adam də­yər, ya­xud inanc an­la­yı­şın­dan bi­xə­bər za­val­lı­dır. Bu fi­kir­də olan in­san­la­rın inan­dı­ğı bir də­yə­ri ol­say­dı, ina­nan bir in­sa­na be­lə də­yər­siz tək­lif et­məz­di. Heç ol­ma­sa bi­lər­di ki, iman dəb de­yil. Dəb­lər bu id­dia­nın sa­hib­lə­ri ki­mi də­yi­şə bi­lər, zövq­lə­rə gö­rə fərq­li­lik gös­tə­rə bi­lər, am­ma iman və iman­la əla­qə­li mə­sə­lə be­lə de­yil, yə­ni də­yiş­məz­dir. 
 
İs­lam­dan əv­vəl qa­dın­lar lüt gəz­mir­di...
Din əleyh­da­rı ki­mi gö­rün­mək is­tə­yən­lər­dən bi­ri İs­lam­dan əv­vəl qa­dın­la­rın lüt gəz­di­yi­ni id­dia edə­rək baş ör­tü­yü ilə bağ­lı ayə­nin bu­nun qar­şı­sı­nı al­maq üçün ol­du­ğu­nu id­dia edir. Hət­ta bu id­dia­sı­na sü­but ki­mi qa­dın­la­rın Kə­bə­ni lüt fır­lan­dıq­la­rı ənə­nə­si ol­du­ğu­nu da bil­di­rir.
Bu id­dia, bi­zə sı­rı­nan ta­rix­də­ki daş döv­rü, ho­mo ha­bi­lis, ho­mo erek­tus, ho­mo sa­pi­ens, ne­an­der­tal­lar ki­mi na­ğıl­lar əsa­sən din­siz ideo­lo­gi­ya­nın or­ta­ya at­dı­ğı, la­kin heç bir sü­bu­tu ol­ma­yan əsas­sız id­dia­lar­dır. Yu­xa­rı­da­kı id­dia da in­sa­nın əc­da­dı­nın lüt gəz­mə­si ilə bağ­lı id­dia qə­dər tu­tar­sız və ar­sız fi­kir­dir. Bu­na bu­ra­da üç nöq­tə qo­ya­raq ke­çək id­dia­nın əsas tə­rə­fi­nə...
İs­lam­dan əv­vəl Kə­bə­nin lüt tə­vaf edil­mə­si ilə bağ­lı mə­qam­lar olub. Am­ma bu de­yil­di­yi ki­mi adət və ənə­nə de­yil, ötə­ri bir ha­di­sə olub. Mək­kə­li­lər­lə bağ­lı bir mə­sə­lə də de­yil­di. Çün­ki heç bir mək­kə­li Kə­bə­ni heç vaxt pal­tar­sız tə­vaf et­mə­miş­di. Məş­hur "Fil ha­di­sə­si"ndən son­ra mək­kə­li­lər öz­lə­ri­ni "Al­la­hın xal­qı" elan et­di­lər və "hums" ad­lan­dır­dı­lar. Kə­nar­dan gə­lən in­san­la­ra isə "hıl­li" de­di­lər. Bir hıl­li Kə­bə­ni öz pal­ta­rı ilə de­yil, an­caq yer­li­lər­dən, yə­ni "hu­mus"dan bi­ri­nin pal­ta­rı ilə tə­vaf et­mə­liy­di. Be­lə­lik­lə, pal­tar ica­rə­yə ver­mək sek­to­ru for­ma­laş­dı. Pal­tar­sız tə­vaf an­caq pal­tar ica­rə­yə gö­tür­mə­yə gü­cü çat­ma­yan­lar­la məh­dud olan bir mə­sə­lə olub. Bu in­san­lar da bir müd­dət əsa­sən ge­cə qa­ran­lı­ğın­da tə­vaf edib­lər...
Bu­ra­da­kı di­gər ar­sız id­dia Qu­ra­nın "Nur" su­rə­sin­də əmr edi­lən sö­zün baş ör­tü­yü de­yil, si­nə­lə­ri­nin ör­tül­mə­si ilə əla­qə­li ol­du­ğu­nu hə­ya sər­həd­di­ni aşa­raq di­lə gə­ti­rir­lər ki, bu­nu ar­tıq ca­va­bı­nı yu­xa­rı­da qeyd et­mi­şəm. Ye­nə də bir nü­an­sı qeyd edim ki, İs­lam­dan əv­vəl­ki cə­miy­yət­də ör­tü azad­lı­ğın və hör­mə­tin əla­mə­ti idi, da­ha doğ­ru­su sim­vo­lu he­sab edi­lir­di. Hət­ta baş ör­tü­yü ilə əla­qə­li olan bir ha­di­sə­ni də bu­ra­da qeyd et­mə­yim ye­ri­nə dü­şər­di.
Um­mu Qır­fə bin­ti Ra­biə b. Bədr Ma­li­ko­ğul­la­rı tay­fa­sı­nın hör­mə­tə la­yiq bir qa­dı­nı idi. Ğa­ta­fan tay­fa­sın­dan olan iki or­du dö­yüş­mək üçün qar­şı-qar­şı­ya da­yan­mış­dı­lar. Dö­yüş baş­la­ma­mış bu qa­dın baş ör­tü­yü­nü ye­rə ata­raq mü­ha­ri­bə­nin qar­şı­sı­nı al­mış­dı.
     
Nə­ti­cə
Öl­kə­miz əsr­lər­lə da­xil­dən və xa­ric­dən olan mü­da­xi­lə­lər nə­ti­cə­sin­də ener­ci­si­ni bun­la­ra sərf edib. Ha­zır­da da bu­nu et­dir­mək is­tə­yən­lər sse­na­rist­lə­ri­nin is­tə­yi­nə uy­ğun olan rol­la­rı­nı oy­na­yır­lar. Bu kuk­la­la­rın qu­yu­ya at­dı­ğı da­şı çı­xar­maq, xal­qın haq­la­rı­na qar­şı edi­lən tə­ca­vü­zün fə­sad­la­rı­nı ara­dan qal­dır­maq üçün xal­qı­mız və xal­qı­mı­zın haq­la­rı­nı qo­ru­ma­lı olan döv­lə­ti­miz vax­tı­nı iti­rir. Xa­tır­la­yır­sı­nız­sa, bir mil­lət iki döv­lət olan Tür­ki­yə­də­ki qa­da­ğa­lar iti­ril­miş il­lər­dən sa­va­yı hə­min öl­kə­yə heç nə qa­zan­dır­ma­dı. Nə­ti­cə ne­cə ol­du? Bu gün hə­min öl­kə­nin bi­rin­ci xa­nı­mı və qı­zı, hö­ku­mə­tin baş­çı­sı­nın hə­yat yol­da­şı və qız­la­rı ba­şı ör­tü­lü­dür.
Bi­zim öl­kə­nin rəh­bə­ri­nin hə­yat yol­da­şı və qız­la­rı bir ne­çə də­fə Mək­kə­yə um­rə zi­ya­rə­ti­nə ge­dər­kən baş­la­rı­nı ört­mə­di­lər­mi? Ki­min cə­sa­rə­ti ça­tıb bu­nu dün­yə­vi­li­yə zidd bir amil ki­mi ifa­də edə bi­lər?
Qa­da­ğa­la­rı mü­da­fiə et­mək heç ki­mə nə ba­şu­ca­lı­ğı, nə şə­rəf gə­ti­rər... Bu qa­da­ğa­nı mü­da­fiə edən bə­zi ki­çi cin­si­nə mən­sub olan­la­ra fi­kir ve­rin, bu haq­da ya­zan­la­rın, ya­xud da­nı­şan­la­rın ək­sə­riy­yə­ti azad­lıq­la­rı­nı eh­ti­ras­la­rı­na qul ola­raq iti­rən­lər­dir. Bun­lar qa­dın­la­rı da­ha "ay­dın" və da­ha açıq gör­mək is­tə­yir­lər. Çün­ki be­lə­lə­ri be­lə qa­dın­la­rı da­ha çox öz eh­ti­ras­la­rı­nın qur­ba­nı­na çe­vi­rə bi­lər­lər, nə­in­ki di­gər­lə­ri­ni...
Nə mən, nə də baş­qa bi­ri heç vaxt əx­laq kri­te­ri­ya­la­rı­nı bu priz­ma­dan ya­na­şa­raq də­yər­lən­dir­mir. Heç kim de­mir ki, ba­şı açıq­lar na­mus­suz­dur, hə­ya­sız­dır, ba­şı­ör­tü­lü­lər hə­ya­lı­dır, ya­xud da ək­si­ni də heç kim id­dia edə bil­məz. Bun­lar fər­di mə­sə­lə­lər­dir. Bu gün mə­sə­lə­yə in­san haq­la­rın, vic­dan azad­lı­ğı, di­ni eti­qad azad­lı­ğı bu­ca­ğın­dan bax­maq la­zım­dır. Nə­zə­rə al­maq la­zım­dır ki, ba­şı­nı ör­tən in­san azad­lı­ğı­nı bu cür ya­şa­maq is­tə­yir. Mü­səl­man qa­dın Al­la­hın ona bəxş et­di­yi azad­lı­ğı ör­tü­nə­rək ya­şa­maq is­tə­yir­sə, bun­dan ki­mə nə? Bu onun azad­lı­ğı­dır. Bu­na qar­şı olan eti­ra­zı onun azad­lı­ğı­na qar­şı edil­miş haq­sız­lıq ola­raq qə­bul et­mə­si tə­bii haq­qı­dır. Bu­nu ba­şa dü­şən in­san mü­səl­man qa­dı­nın baş ör­tü­yü­nün nə mə­na­ya gəl­di­yi­ni an­la­ya bi­lər.
 
Təh­si­li­mi­zin dün­yə­vi ol­ma­sı
Baş ör­tü­yü­nə qar­şı olan­lar döv­lə­ti­mi­zin dün­yə­vi ol­ma­sı­nı əl­lə­rin­də bay­raq tu­tur­lar. La­kin bay­ra­ğı­mız­da­kı ya­şı­la han­sı mə­na­nın ve­ril­di­yi­ni ya nə­zə­rə al­mır­lar, ya da is­tə­dik­lə­ri ki­mi şərh edir­lər. Am­ma bu şərh­çi­lər hə­lə də pre­zi­dent se­çi­lən­lə­rin nə­yə gö­rə Qu­ra­na əl bas­dıq­la­rı­nı ya qav­ra­mır­lar, ya da ca­vab ta­pa bil­mə­dik­lə­ri­nə gö­rə bun­la­rın üs­tün­dən ötə­ri ke­çir­lər. Təh­sil­də ba­şör­tü­yü­nün ol­ma­sı­na eti­raz edən­lər də ey­ni şü­ar­la­rı, yə­ni təh­si­li­mi­zi dün­yə­vi ol­ma­sı ilə əla­qə­lən­di­rir­lər. Am­ma müs­tə­qil­li­yi­miz­dən bu ya­na ca­vab ta­pa bil­mir­lər ki, təh­si­li­miz dün­yə­vi idi, yox­sa dün­yə­vi de­yil­di? Or­ta mək­təb­lər­də baş ör­tü­yü­nü qa­da­ğan et­mək is­tə­yən dün­yə­vi­lər gö­rə­sən uni­ver­si­tet­lə­ri­miz haq­qın­da nə dü­şü­nür­lər? Uni­ver­si­tet­lə­ri­miz də bu dün­yə­vi təh­si­lin bir his­sə­si­dir, yox­sa onu da za­man­la öy­rə­nə­cə­yik? Mək­təb­lər­dən son­ra ey­ni ad­la, ey­ni bə­ha­nə ilə, ey­ni sü­ni gün­dəm­lər­lə ba qa­da­ğa zeh­niy­yə­ti uni­ver­si­tet­lə­rə də şa­mil edi­lə­cək­mi (bə­zi yer­lər­də bu da­vam edir)? Bü­tün bu su­al­la­ra ca­vab­la­rı qo­yaq bir kə­na­ra... Bir mə­sə­lə­ni so­ruş­maq is­tə­yi­rəm, da­ha doğ­ru­su, be­yin­lə­ri­nə gim­nas­ti­ka et­dir­mək üçün bə­zi su­al­la­rı sa­da­la­ya­raq tap­ma­ca de­mək is­tə­yi­rəm:
Bir mə­sə­lə­ni fi­kir­lə­şi­rik­mi ki, təh­sil sis­te­mi­miz­də din­lə bağ­lı heç bir fənn heç bir for­ma­da təd­ris edil­mə­di­yi hal­da, bu in­san­lar ne­cə din­dar olur­lar? Ne­cə olur baş­la­rı­nı ör­tür­lər? De­mək olar ki, bü­tün TV-lə­ri­miz­də şou-biz­ne­sə da­ha çox efir vax­tı ay­rıl­dı­ğı, mət­bua­tı­mız­da və sayt­la­rı­mız­da fərq­li, bə­zən din əley­hi­nə ya­zı­lar dərc edil­di­yi, fa­iz, spirt­li iç­ki­lər, qu­ma­rın adi hal al­dı­ğı, "Azad qa­dın" hey­kə­li göz­lə­ri­mi­zi ma­zor et­di­yi hal­da, bu adam­lar har­dan əmr alır­lar ki, öz­lə­ri­nə be­lə "zülm" edir­lər" İn­san­la­ra zor­la bir iş et­dir­mək çə­tin ol­du­ğu hal­da, bu in­san­lar kö­nül­lü bun­la­rı ne­cə edir­lər?
Baş ör­tü­yü­nə qar­şı ol­ma­dı­ğı­nı id­dia edə­rək kə­nar­dan göm­rük­süz id­xal edil­di­yi id­dia­sı­nı or­ta­ya ata­raq ana­la­rı­nın kə­la­ğa­yı­lı, yaş­maq­lı, yay­lıq­lı ol­du­ğu­nu id­dia edən­lər bu­na ra­zı­dır­lar­mı hə­qi­qə­tən? Yox­sa bun­da da sə­mi­mi və cid­di de­yil­lər? Pul ala­raq baş­la­rı­nı ör­tür­lər, si­ya­si sim­vol­dur, ai­lə­lə­rin təz­yi­qi ilə baş­la­rı­nı ör­tür­lər, qa­dın­la­rın azad­lıq­la­rı­nın əlin­dən alın­ma­sı­dır ki­mi id­dia­la­rın yi­yə­lə­ri nə da­nış­dıq­la­rı­nı bi­lir­lər­mi? Lap de­yək ki, si­zin de­di­yi­niz ki­mi­dir. De­yək ki, bu in­san­lar müx­tə­lif bə­ha­nə­lər­lə baş­la­rı­nı ör­tür­lər. Bun­dan sə­nə nə, mə­nə nə? Pey­ğəm­bə­rin ifa­də­si ilə de­sək, ürə­yi­ni ya­rıb bax­mı­san? Bu­nu Al­lah əmr et­mə­yib­mi? Hər bir in­san əməl­lə­ri­nə gö­rə Al­la­ha ca­vab ver­mə­yə­cək­mi? Sən mə­sə­lə­nin bu tə­rə­fi­nə de­yil, in­san haq­la­rı­nı mü­da­fiə et­mək, ya­xud hör­mət­lə, to­le­rant­lıq­la ya­naş­maq məc­bu­riy­yə­tin­də ol­du­ğun ki­mi bu­na da bu cür ya­naş və bu in­san­la­rın da haq­la­rı­nı qo­ru və mü­da­fiə et.
Bu­ra­da bir gü­nah da Qaf­qa­zın mü­səl­man­la­rı­nın rəh­bə­ri ol­du­ğu id­dia­sın­da olan qu­rum­da və rəh­bər­li­yin­də­dir. Aza­nın sə­si­nin azal­dıl­ma­sı ilə bağ­lı Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nə və ora­dan da Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nə ya­ğan mək­tub ya­ğı­şın­dan son­ra azan­la­rın xəs­tə­lə­rə və yaş­lı­la­ra gö­rə sə­si­nin alın­ma­sı­nı adı çə­ki­lən İda­rə­nin mol­la və axund­la­rı bir yer­dən əmr al­mış ki­mi bəh-bəh­lə əsas­lan­dır­ma­ğa ça­lı­şır­dı­lar. Nə­ti­cə­də öl­kə rəh­bər­li­yi mə­sə­lə­yə qa­rı­şan­dan son­ra ha­mı səs­siz­li­yə qərq ol­du. Nə mək­tub­la­rı ya­zan­lar­dan, nə mək­tub­la­ra dər­kə­nar qo­yan­lar­dan, nə ca­vab ver­mə­li olan­lar­dan səs çıx­dı. Nə­ti­cə­də çı­xan aza­nın sə­si ol­du.
İn­di də ey­ni si­tua­si­ya­dır. Ha­mı da­nı­şır, əley­hi­nə ya­zır, hət­ta bə­zi­lə­ri kam­pa­ni­ya be­lə apa­rır­lar. Mən ye­nə də dün­yə­vi döv­lə­ti­mi­zin rəh­bə­ri cə­nab İl­ham Əli­ye­vin son sö­zü­nü göz­lə­yi­rəm. Müx­tə­lif məs­cid­lə­rin, bə­zi rəs­mi­lə­rin id­dia et­di­yi ki­mi ti­ki­li­lə­rin sök(­dür­)ül­mə­sin­dən son­ra Fa­ti­məi-Zəh­ra məs­ci­di ilə bağ­lı ye­kun sö­zü söy­lə­yə­rək ina­nan­la­rın da pre­zi­den­ti ol­du­ğu­nu gös­tə­rən və hi­ma­yə edən bi­rin­ci şəx­sin bir cüm­lə­si­ni göz­lə­yir bü­tün ina­nan­lar.
 
Tək­li­fim
Di­nin əsas at­ri­bu­tu olan Qu­ran və sün­nə­də­ki mə­sə­lə­lə­rə qis­mən to­xun­duq. Bu­nu de­yək ki, qə­bul et­mir­si­niz. De­yək ki, bu si­zin sto­lüs­tü ki­ta­bı­nız­dır və hə­mi­şə də be­lə təp­tə­zə qa­lır ma­sa­nı­zın üs­tün­də. Və baş ör­tü­yü ilə bağ­lı ayə­lə­rə də vaxt ta­pıb ba­xa bil­mir­si­niz. Heç ol­ma­sa dün­yə­vi təh­si­li­miz­də fi­zi­ka fən­nin­də təd­ris edi­lən Eyn­ştey­nin sö­zü­nə fi­kir ve­rin. Eyn­şteyn: "Elm­siz din kor, din­siz elm isə to­pal­dır", - de­yir.
Hə­mi­şə ad­la­rın­dan ağız­do­lu­su da­nış­dı­ğı­mız klas­sik­lə­ri­mi­zin ye­tiş­dik­lə­ri yer­lə­rə fi­kir ve­rək. Heç ol­ma­sa çıx­dı­ğı­mız qı­nı­mız­da­kı baş ör­tü­yü ilə bağ­lı mə­qam­la­rı nə­zə­rə alaq. Bun­la­rı nə­zə­rə al­mı­rıq­sa, bir ne­çə tək­lif­lər ya­zım:
1. Ba­kı­da, Qu­ba­da açı­lan və ən yük­sək sə­viy­yə­də qə­bul edi­lən yə­hu­di mək­təb­lə­ri ki­mi təd­ris ocaq­la­rı aça­raq mü­səl­man qız­la­rın bu­ra­da təh­sil al­ma­sı­na şə­ra­it for­ma­laş­dı­raq. "Ol­maz" de­mə­yin. Yə­hu­di mək­təb­lə­ri­ni mi­sal gös­tər­dim.
Əs­rin əv­və­lin­də Zey­na­la­bi­din Ta­ğı­yev və di­gər­lə­ri "Da­rül­mü­əl­li­mat" (Qız pe­da­qo­ci mək­tə­bi­nin köh­nə adı), "Da­rül­mü­əl­li­min" (Oğ­lan pe­da­qo­ci mək­tə­bi­nin köh­nə adı) ad­lı mək­təb­lər aç­mış­dı­lar. 1910-cu il­də Ba­kı­da Ba­la­xa­nı qız mək­tə­bi fəa­liy­yət gös­tə­rir­di. Təh­sil Na­zir­li­yi­nin or­qa­nı olan "Azər­bay­can mü­əl­li­mi" qə­ze­ti­nin 28 may 2010-ci il ta­rix­li sa­yın­da be­lə ya­zı­lıb: "Ar­tıq 1919-cu il­də Azər­bay­can­da 23 döv­lət or­ta təh­sil mü­əs­si­sə­si var­dı: 6 ki­şi, 4 qa­dın gim­na­zi­ya­sı, 5 re­al­nı mək­təb, 3 mü­əl­lim­lər se­mi­na­ri­ya­sı, 3 "Mü­qəd­dəs Ni­na" qız mək­tə­bi, po­li­tex­nik mək­təb və kom­mer­si­ya mək­tə­bi. Ba­kı Qa­dın Se­mi­na­ri­ya­sı ki­şi se­mi­na­ri­ya­sı­na çev­ril­di, ora­da təh­sil alan­lar üçün (40 nə­fər idi) pan­si­on açıl­dı. 1918-1919-cu il­lər­də Gən­cə Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı mil­li­ləş­di­ril­miş, Ba­kı­da Da­rül­mü­əl­li­min və Da­rül­mü­əl­li­mat, Nu­xa­da Da­rül­mü­əl­li­min açıl­mış, Za­qa­ta­la, Ağ­dam və Şu­şa­da be­lə tip­li mü­əs­si­sə­lə­rin ya­ra­dıl­ma­sı nə­zər­də tu­tul­muş­du" (http://www.mu­al­lim.edu.az­/ar­xiv/2010/20/04.htm). Bu­ra­da qeyd edi­lən "da­rül­mü­əl­li­mat" an­caq qız­la­rın təh­sil al­dı­ğı mək­təb, ya­xud se­mi­na­ri­ya, "da­rül­mü­əl­li­min" isə sa­də­cə oğ­lan­la­rın təh­sil al­dı­ğı mək­təb­lər­dir. Hət­ta Sta­li­nin vax­tın­da, Azər­bay­can­da "Puş­kin" adı­na qız­lar mək­tə­bi var idi. Ame­ri­ka­da və Av­ro­pa­da əsr­lər­dir fəa­liy­yət gös­tə­rən qız­la­rın və oğ­lan­la­rın ay­rı oxu­duq­la­rı mək­təb­lər fəa­liy­yət gös­tə­rir. Hey­dər Əli­yev Fon­du­nun "Təh­si­lə dəs­tək" la­yi­hə­si çər­çi­və­sin­də Pa­kis­tan­da tik­dir­di­yi qız­lar mək­tə­bi­ni bu­ra mi­sal ki­mi qeyd edə bi­lə­rik. Həm­çi­nin Təh­sil na­zi­ri­nin hə­mi­şə tə­rif­lə­di­yi özəl sek­tor, da­ha doğ­ru­su Çağ Öy­rə­tim iş­lət­mə­lə­ri şir­kə­ti­nin özəl li­sey­lə­ri­nin ha­mı­sın­da oğ­lan­lar təh­sil alır­lar.
2. Qi­ya­bi təh­sil. İn­san təh­si­li sa­də­cə dörd di­var­dan iba­rət olan mək­təb­də al­mır. Təh­sil, elm çox mə­na­lı bir söz­dür. Ha­zır­da uni­ver­si­tet­lə­rə qə­bul olan­la­rın ək­sə­riy­yə­ti re­pi­te­tor ya­nı­na ge­dən­lər­dir. Or­ta mək­təb­lə­rin 9-cu si­ni­fin­dən re­pi­te­tor ya­nı­na get­mə­yə baş­la­yan­lar var. Bu da im­ka­na gö­rə də­yi­şən bir mə­sə­lə­dir. Təh­sil­də­ki prob­lem­lə­ri bu­nun­la əla­qə­lən­dir­mi­rəm. Bu prob­lem­lə­ri öl­kə baş­çı­sı, pre­zi­dent ad­mi­nist­ra­si­ya­sı­nın rəh­bə­ri, Tə­lə­bə Qə­bu­lu üz­rə Döv­lət Ko­mis­si­ya­sı­nın səd­ri də­fə­lər­lə bil­di­rib­lər. Ona gö­rə mə­nə bu yer­də söz de­mək düş­məz. Əgər ba­şı ör­tü­lü qız­la­rı mək­tə­bə get­mə­lə­ri ya­saq­la­nır­sa, ya özəl mək­təb­lər açıl­sın, ya da ib­ti­dai si­nif­dən son­ra qi­ya­bi təh­si­lə ica­zə ve­ril­sin. Mü­əl­lim tu­tan va­li­deyn­lər öv­lad­la­rı­nı ha­zır­laş­dı­ra­caq­lar. Çün­ki bi­zim va­li­deyn ka­ğız üzə­rin­də də ol­sa, öv­la­dı­nın dip­lom al­ma­sı üçün inə­yi­ni sa­ta­caq qə­dər "cə­sa­rət­li"dir. Qi­ya­bi təh­sil alan və ha­zır­la­şan şa­gird im­ta­han ve­rə­rək si­nif­dən-sin­fə ke­çə bil­di­yi ki­mi, şə­ha­dət­na­mə və ya at­tes­tat al­maq üçün də im­ta­han ve­rə­rək sə­nə­di­ni ala­caq.
3. So­nun­cu tək­li­fim... Yu­xa­rı­da sa­da­la­dı­ğım tək­lif­lər ye­ni si­nif­lə­rin, ye­ni tə­bə­qə­ləş­mə­lə­rin for­ma­laş­ma­sı­na gə­ti­rib çı­xa­ra bi­lər... Ba­şı ör­tü­lü qız­la­rın təh­sil al­ma­sı­na ica­zə ve­rin. Ən gö­zəl həll yo­lu bu­dur. Sü­ni gün­dəm­lər­lə in­ki­şaf edən öl­kə­mi­zi in­ki­şaf­dan sax­la­ma­yaq. Cə­ha­lət ən bö­yük düş­mən­dir. Bu in­san­la­rı oxu­maq­dan ya­yın­dı­ra­raq sa­vad­sız­lar or­du­su for­ma­laş­dır­ma­yaq və ca­hil­ləş­dir­mə­yək. Və­tən­daş­la­rı­mı­zı cə­ha­lə­tə at­maq xal­qa və döv­lə­tə qar­şı ən bö­yük düş­mən­çi­lik­dir. Çün­ki son­ra da ye­ni la­yi­hə­lə­rə "Qız­lar mək­tə­bə" la­yi­hə­si­nə də eh­ti­yac qal­ma­sın.
Timur Timmi
Azərbaycan xilafət və şəriət dövləti deyil. Lakin bu o demək deyildir ki, müsəlman ölkəsi də deyil. Ərazisində yaşayan əhalinin 99% müsəlman olan ölkədə baş örtüsü ilə bağlı qalmaqal olmasa da zaman-zaman müəyyən gərginlik yaşanır. Olduqca normal haldır və sağlam islam əqidəsinə sahib bir azərbaycanlı hicabla bağlı beyinlərə yeridilmək istənən qeyri islami fikirlərə aldana bilməz. Lakin unutmamaq lazımdır ki, Azərbaycan hüquqi-demokratik cəmiyyət qurmaq yolunda addımlayan çox tolerant bir ölkədir. Beynəlxalq birliyin diqtəsi ilə yaşamasa da dün
26.09.2011 12:23:58
YAZARIN ÖNCEKİ YAZILARI
Yazarlar
Alınan
Müsahibə
Facebook