26 Mayıs 2012 Cumartesi
![]() |
İnsanlar onlar üçün yaradılmış şəraitə uyğun olaraq hərəkət edirlər....
İnsanlar onlar üçün yaradılmış şəraitə uyğun olaraq hərəkət edirlər....
Bu gün bir çox sosial şəbəkələrdə, veb səhifələrində çox kəskin təbəqləşmə və qütbləşmənin şahidi oluruq. Əslində bu qütblər artıq o qədər çoxalıb ki, kimin hansı qütbə və ya qrupa aid olduğunu aid etmək kifayət qədər müşkül bir məsələyə çevrilib. İqtidar və müxalifət qütbləşməsi, liberallar və demokartlar, sağcılar, solçular və mərkəzçilər, dindarlar və dinə qarşı agressiv mövqe tutmuş qrup. Ancaq bütün bu qruplar arasında ən kəskin debatın məhz dindarlarla dinə qarşı kəskin mövqe nümayiş etdirən insanlar arasında görmək mümkündür.
Bu gün bir çox sosial şəbəkələrdə, veb səhifələrində çox kəskin təbəqləşmə və qütbləşmənin şahidi oluruq. Əslində bu qütblər artıq o qədər çoxalıb ki, kimin hansı qütbə və ya qrupa aid olduğunu aid etmək kifayət qədər müşkül bir məsələyə çevrilib. İqtidar və müxalifət qütbləşməsi, liberallar və demokartlar, sağcılar, solçular və mərkəzçilər, dindarlar və dinə qarşı agressiv mövqe tutmuş qrup. Ancaq bütün bu qruplar arasında ən kəskin debatın məhz dindarlarla dinə qarşı kəskin mövqe nümayiş etdirən insanlar arasında görmək mümkündür.
Qəribə bir vəziyyət yaranıb, bu vəziyyətdə hücumçu olaraq anti-dinçilər, müdafiəçi olaraq isə dindarlar çıxış edir. Daha qəribə olan da budur ki, din kimi alternativ dünyagörüşünə qarşı olanlar məhz elə demokratiya, liberal dəyərlər, vicdan və söz, ifadə azadlığından ən çox danışanlar, bu dəyərləri ən çox tələb və təbliğ edənlərdir.
Ən çox rat gəldiyim amil isə budur ki, dövlətin ölkə daxilində söz və ifadə azadlığına qarşı istənilən addımı əksəriyyətinin demokratiya carçısı olduğu anti-dindar qrup tərəfindən insan haqlarının pozulması kimi dəyərləndirildiyi halda, ölkə vətəndaşlarının digər qismini təşkil edən dindarların hüquqları pozulduqda həmin demokratiya və insan hüquqlarının müdafiəçisi funksiyasını öz üzərinə götürmüş qrup buna qarşı nəinki laqeyd yanaşır, hətta dövlətin bu addımı dəstəkləyir və daha sərt şəkildə aparılmasını tələb edir. İkili standart. Məsələ isə budur ki, dindar və ya dindar olmamasından asılı olmayaraq Azərbaycan respublikasının şəxsiyyət vəsiqəsini daşıyan hər bir şəxs dövlət qarşısında bərabər hüquqlara malikdir və bərabər şəkildə məsuliyyət daşıyır.
Əslində ölkə əhalisini dindar və ya dindar olmayan kimi qruplara bölmək özü-özlüyündə yanlışdır, çünki dindar olmaq kimi xüsusi bir titul mövcud deyil. Dindar adi vətəndaşdır, qanunla heç bir ayrıseçkilik təsbit olunmayın. Lakin mövcud durum ondan iarətdir ki, həm dövlət tərəfindən dindaralara qarşı diskriminativ xarakterli addımlar heyata keçirilməklə yanaşı, anti-dindarlar da qəti şəkildə agressiya nümayiş etdirirlər. Məsələ təkcə tənqiddə deyil. Normal tolerant cəmiyyətdə tənqid də normal qəbul olunur. Ancaq istər tolerant cəmiyyətdə belə tənqidə qarşı dözümlülük, tənqidin qəbul olunmas hələ tənqidin haqlı olmasından xəbər vermir. Bizdə isə söhbət deqradasiyaya uğramış tənqiddən gedir. Davamlı hücümlar, təqirlər, din əleyhinə propaqanda artıq adi hal alıb. İstər dövlət tərəfindən yaradılan qeyri-nomral mühit, istərsə də cəmiyyətin bir qrupu tərəfindən dindarlara qarşı olan aqressiv münasibət normal ünsiyyət və dialoq mühitinə kəskin zərbə endirir. Ölkədə dindarların sıxışdırılması və bu cür agressiv münasibətin nəticəsi olaraq əks tərəfin də mövqeyi dəyişməyə başlayacaq. Əfsuslar, heç də yaxşı tərəfə deyil. İnsanlar onlar üçün yaradılmış şəraitə uyğun olaraq hərəkət edirlər.
Bu gün dindarların radikallaşması üçün ölkədə məhz elə dövlət tərəfindən çox münbit şərait yaradılmaqdadır. Yaxın gələcəkdə bütün dindarlara qarşı mübarizənin radikal qruplara qarşı mübarizə kimi dəyərləndirilməsi də heç təəccüblü deyil. Əslində təəccüb doğurmayacaq digər amil dindarların radikal mövqe nümayiş etdirməsidir. Yuxarıda da qeyd etdiyim kimi, “insanlar onlar üçün yaradılmış şəraitə uyğun olaraq hərəkət edirlər”.
Hesab edirəm ki, Azərbaycan höküməti özünün tolerantlıq göstəricilərini dindarlarla münasibtlər fonunda yenidən nəzərdən keçirməlidir. Bu ən azından daxili balansın və sabitliyin qorunması üçün çox vacibdir.
MALİK
ELCİN QARDASİMİN FİKRİ İLE TAMAMİ İLER RAZİYAM TALERANLİQ DEYENDE YALNİZ QURU İFADE KİMİ BASA DUSULMEMELİ VE YA İSLAM DİNİMİZİ ADİ CEKİLEN TALERATLİQİN CURUMUS QOLU KİMİ TEQDİM ETMEK DUZGUN DEYİL
22.01.2011 23:46:26
YAZARIN ÖNCEKİ YAZILARI
Foto
Video
Yazarlar
Alınan
Müsahibə
Facebook































Qəzzə yenidən bombalandı
İran türklərinin etiraz aksiyası




















RSS/XML
Sitene Ekle
Facebook
Twitter'da Paylaş
Mobil Versiyon