Rusiyanın Ermənistanı silahlandırdığı təsdiqləndi

İqor Korotçenko: “Bakı çeyf istədiyi kimi reaksiya verə bilər”

2013-05-30 08:30:49
Rusiyada nəşr olunan jurnalının baş redaktoru, Dünyada silah alverinin analizi Mərkəzinin direktoru İqor Korotçenko ölkəsinin Ermənistana silah ixrac etdiyini təsdiqləyib. Rusiyadan Ermənistana “İsgəndər-M” raket kompleksləri və “Tornado-Q” yaylım atəş sistemlərinin göndəriləcəyi ilə bağlı sualı şərh edən hərbi ekspert bildirib ki, söhbət hərbi obyektlərin müasirləşdirilməsindən və Ermənistan silahlı qüvvələrinin yeni silah növləri ilə təchizatından gedir.

“Ermənistan Rusiyanın strateji müttəfiqidir, dost ölkədir”, - deyən İqor Korotçenko bildirib ki, Moskva İrəvanla müttəfiqliyə xüsusi önəm verir. Ən maraqlısı isə onun Rusiya və Ermənistan arasındakı silah mübadiləsinə Azərbaycanın reaksiyası ilə bağlı münasibətidir: “Bakı istədiyi kimi reaksiya verə bilər. Biz unutmayacağıq ki, Bakının “praktiki” siykasəti nəticəsində Rusiya Azərbaycan ərazisindəki radiolokasiya stansiyasını itirib. Bizi oradan icarə haqqının artırılması bəhanəsilə çıxartdılar”. Bununla belə, İqor Korotçenko deyib ki, Rusiya buna görə qisas almağa hazırlaşmır. Çünki, Bakı öz hüququndan istifadə edib.

Hərbi ekspert qeyd edib ki, Rusiyanın Azərbaycan olan problemləri Ermənistanda yoxdur: “Ermənistanla əlaqələr bizim üçün çox vacibdir və Rusiyanın hərbi prioritetlərindən biridir”./anspress.com/