Azərbaycanda rus qoşunu qalmayıb

Vladimir Doroxin: “Texnikanın Qəbələ RLS-dən çıxarılması bir neçə həftədən sonra başa çatacaq”

2013-05-25 10:51:04

 
   Rusiyaya məxsus avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması bir neçə həftədən sonra başa çatacaq. Bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
Onun sözlərinə görə, texnikanın əsas hissəsi Qəbələ RLS-dən artıq çıxarılıb:

“Qoşunlar da oradan çıxarılıb. Hazırda isə ikitərəfli sazişə əsasən Rusiyaya məxsus olan avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması prosesi gedir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu proses başa çatacaq”.