““Şahdəniz”in istismarı dondurula bilərdi“

““Şahdəniz” yatağının istismarına sanksiya tətbiq oluna bilərdi”.

2013-05-24 10:01:23
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azərbaycanda enerji və dəniz hüququ: Milli və beynəlxalq perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

Səfir “Şahdəniz” yatağının istismarı zamanı əldə olunan kompromis haqda danışıb: “Xəzərdə “Şahdəniz” yatağının istismarına sanksiyalar tətbiq oluna bilərdi. Çünki İran şirkətinin “Şahdəniz” neft yatağında 10 faizlik payı var və İranla neft-qaz sahəsində əməkdaşlıq edən şirkətləri ABŞ tərəfindən sanksiyalar gözləyə bilər. Bəs, ABŞ Konqresi nə dedi? Konqres kompromis çıxış yolunun təmin olunmasını məqsədəuyğun saydı. Bu olmasaydı, 20 il ərzində “Şahdəniz”in istismarı dondurula bilərdi. Belə olan təqdirdə beynəlxalq şirkətlər bu yatağın istismarında irəliyə doğru addım ata bilməyəcəkdi. Amma məsələyə başqa prizmadan baxaq. Qaz bütünlüklə İrana və ya Rusiyaya getsəydi, biz nə edə bilərdik?”

R. Morninqstar münasibətlərdə və prosesin idarəçiliyində siyasətin önəminə də toxunub: “Siyasət bəzən qanunvericiliyə çox ciddi təsir göstərir. Bu baxımdan biz mübahisə yarada bilən hər hansı məsələnin aydınlaşdırılması məcburiyyətindəyik”.