Rusiyada 8,2 bal gücündə zəlzələ baş verdi

Rusiyanın Saxalin vilayətində sunami təhlükəsi aradan qalxıb.

2013-05-24 10:34:51
Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, yerli vaxtla 10.17-də Fövqəladə Hallar Nazirliyi sunami təhlükəsilə bağlı həyacan siqnalını dayandırıb.

Rusiya FHN-in məlumatına görə, yerli vaxtla 10.00 radələrində Oxot dənizində 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Petropavlovsk və Kamçatkada 4-5 bal gücündə hiss olunub. Dağıntı, ölən və yaralananların olmadığı bildirilir.

Yaponiya Milli Meteorologiya İdarəsi də 8,2 bal gücündə zəlzələ qeydə aldığını açıqlayıb.