Oklahomada tornado 100-ə yaxın insanın ölümünə səbəb olub

Oklahomada tornado şəhərin ibtidai məktəbini təməlinədək uçurub, çoxsaylı yanğınlara səbəb olub.

2013-05-21 16:45:15
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, yerli mətbuatda məktəb dağıntıları altında şagirdlərin qala biləcəyi güman edilir.

Texasda güclü qasırğa yük maşınlarını göyə qaldırıb. 20-dək məktəbli itkin düşmüş hesab olunur.
Ölənlərin cənazələri yerli kinoteatra gətirilir. Ən böyük dağıntılara 55 min əhalisi olan Mur şəhəri məruz qalıb. Xilas etməyə cəlb edilmiş könüllülər dağıntılar altında salamat qalanları axtarırlar.
Bazar günü yerli kanalın aparıcıları yaxınlaşan tornado haqqında məlumat verərkən yayımlarını kəsərək studiyanı tərk etməli olublar.

CNN telekanalına müsahibəsində Oklahomadan konqresmen Tom Cole deyib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına çox vaxt tələb olunacaq.

Oklahomadakı tornado gücünüə görə Fudzita şkalası üzrə maksimuma yaxın EF-4 kateqoriyasına aid edilib.

1999-cu ildə Mur şəhərində qasırğa vaxtı indiyədək ən sürətli külək qeydə alınıb.

Lakin "Skynews 8" kanalına müsahibəsində Oklahoma nəqliyyat patrulunun nümayəndəsi hazırkı tornadonun nəticələrinin 14 il əvvəlkilə müqayisədə daha dağıdıcı ola biləcəyini deyib.
Tornado, dolu və qasırğalaradan Ayova və Kanzas ştatları zərər çəkib.