İvanişvili keçmiş baş naziri həbs etdirdi

Gürcüstanın keçmiş baş naziri, hazırda ölkənin əsas müxalifət qüvvəsi “Vahid Milli Hərəkat” partiyasının baş katibi Vano Merabişvili həbs edilib.

2013-05-21 15:57:11
“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Merabişvili bu gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb.

V. Merabişvili Məşğulluq Proqramı ilə bağlı cinayət işi üzrə 3 maddə ilə təqsirləndirilir.

Onunla yanaşı Kaxeti bölgəsinin qubernatoru, keçmiş əmək və səhiyyə naziri Zurab Çiaberaşvili də saxlanılıb.