Fransada eyni cinsdən olanların evlənməsi qanuniləşdi

Fransa prezidenti Fransua Olland eyni cinsdən olanların nikahına, eləcə də homoseksual cütlüklərin uşaq himayəyə götürməsinə icazə verən qanunu imzalayıb.

2013-05-18 13:30:23
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Konstitusiya Şurası bu qanunun ölkə Konstitusiyasına zidd olmadığını əsas gətirib.

Qeyd edək ki, Fransada seksual azlıqlara hələ 1999-cu ildə vətəndaş nikahı bağlamağa icazə verilmişdı. Ancaq onlar ənənəvi ailələr kimi hüquqlara malik deyildilər. Prezident seçkilər öncəsi isə Olland seksual azlıqlara digərləri ilə eyni hüquq verəcəyini vəd etmişdi.

Yeni qanun 10 gündən sonra qüvvəyyə minəcək. Məlumata görə, qeyri-ənənəvi nikah törənləri artıq iyunun əvvəlindən bağlana biləcək.
Fransız parlamentariləri bu qanunun müzakirəsinə rekord dərəcədə vaxt ayırıblar. Qanunun mətninin müəllifi Fransanın ədliyyə naziri Kristian Tobirdir.  

Qeyd edək ki, deputat və senatorların qanuna baxışı zamanı ölkədə az qala hər gün reformanın əleyhinə mitinq və aksiyalar keçirilib. Parisdə təqribən 800 min insan bu cür nikahların leqallaşdırılmasına “yox” deyib.