BMT: 'Suriyalı qaçqınların sayı 1 milyonu ötüb'

Təşkilatın qaçqınlar üzrə ali komissarlığının hesabatında belə deyilir

2013-05-18 11:41:40
Suriyada 2011-ci ilin martında başlayan münaqişə nəticəsində evlərindən didərgin düşən qaçqınların sayı 1 milyonu ötüb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bəhs edilir. Hesabata görə, bu ilin martın 17-nə olan statistikaya görə, rəsmi qeydiyyatda olan suriyalı qaçqınların sayı 1 milyon 515 min 639 nəfər təşkil edir. "Onların üçdə-ikisi bu ilin əvvəllərində Suriyanı tərk edib, bu isə ölkədə vəziyyətin pisləşdiyini göstərir", - BMT-nin hesabatında belə deyilir.

Hesabata görə, suriyalı qaçqınların 474 minə yaxını İordaniyada, 470 mindən çoxu Livanda, 347 mindən çoxu Türkiyədə, 147 mindən çoxu İraqda, 67 minə yaxını Misirdə, 10 mindən çoxu da Şimali Afrikanın digər ölkələrində məskunlaşıb. Qeyd edək ki, suriyalı qaçqınların axını davam etdiyindən, son iki ayda bu rəqəmin bir ayda artdığı ehtimal edilir.

Bundan başqa, BMT-nin məlumatına görə, 4 milyon 250 min adam da Suriya daxilində köçkün həyatı yaşayır. 2011-ci ilin martından bəri Suriyada davam edən münaqişə nəticəsində ölənlərin sayı 80 minə çatıb.