Saakaşvili: 'Əgər Azərbaycan çöksə...'

'Bu situasiyada Azərbaycana dəstək çox vacibdir'

2013-05-17 15:44:18
"Rusiya Azərbaycan neftinin tranzitini dayandıraraq ona təzyiq etməyə çalışır. Əgər Azərbaycan çöksə, bu bütün regiona mənfi təsir edəcək”. ANS PRESS-in məlumatına görə, bunu Gürcüstan prezidenti Saakaşvili deyib.


Gürcüstan prezidenti qeyd edib ki, ancaq Azərbaycanın inkişafı bütün regionun inkişafını təmin edə bilər. Bu situasiyada Azərbaycana dəstək çox vacibdir və bu dəstək dəqiq və davamlı olmalıdır.