Sarkisyanın Ermənistan əhalisi ilə 'siçan-pişik' oyunu

Ölkədə qazın qiymətinin artmasına qarşı etiraz aksiyası keçirilib

2013-05-16 15:28:09
Bu gün səhər saatlarında Ermənistanda hökumət binasının qarşısında qazın qiymətinin artırılmasına etiraz olaraq aksiya keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, qazın tarifinin qalxması ümumilikdə ölkədə həm də, un məmulatlarının, elektrik enerjisinin, ərzağın qiymətinin armasına gətirib çıxaracaq. Etirazçılar “Qazın qiymətini artırın, biz də vergiləri ödəməyəcəyik”, “Qazın bahalaşması hökumətin məhvinin başlanğıcı olacaq” yazılmış şüarlar qaldırıblar.

Aksiya iştirakçıları bildirblər ki, bir yerə toplaşmaqla, birlikdə olduqlarını və öz hüquqlarının müdafiəsinə qalxdıqlarını nümayiş etdirmək istəyirlər. Etirazçılar qazın qiymətinin artmasının Ermənistanın yalnış daxili və xarici siyasətinin nəticəsi olduğunu və bunun da ölkədə kasıbçılığa gətrib çıxaracağını və insanların sosial vəziyyəti nəzərə alınmasa vergi ödəyə bilməyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, “ArmRosqazprom” İctimai xidmətlərin nəzarəti komissiyasına mavi yanacağın qiymətinin 270 dollara qaldırılması ilə bağlı mürcəit edib. Ermənistanda qazın qiymətinin artmasına dair danışıqlar getdiyi bir ərəfədə ölkədə artıq bir neçə gündür ki, süd məhsullarının qiyməti 20-25 dram bahalaşıb.

Bəzi ekspertlər isə hesab edir ki, rəsmi İrəvan bu vəziyyətdən istifadə edərək siyasi divident qazanmağa çalışacaq. Belə ki, “ArmRosqazprom” İctimai xidmətlərinin nəzarəti komissiyasına müraciət edərək qazın 60 faiz bahalaşmasını tələb etsə də, sonda bu rəqəm 30 faizə çəkiləcək və iqtidaryönümlü mətbuat bunu hazırki hökumətin uğuru kimi təqdim edəcək.