“Rusiya da buna cəhd edəcək, İran da”

Politoloq Vəfa Quluzadə Rusiyanın Azərbaycandakı çevriliş planı ilə əlaqədar siyasi qüvvələri bu iyrənc plana qarşı birləşməyə çağırıb.

2013-03-01 14:05:28
Vəfa Quluzadə Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rusiyanın Azərbaycanda çevriliş hazırladığı haqda çıxışını şərh edərək "Saakaşvili prezident İlham Əliyevlə təkbətək görüşdə bunu deyə bilərdi. Amma bunu mətbuata səsləndirməsinin arxasında bir sıra məsələlər dayana bilər” deyib.
 
Azərbaycanda vəziyyətin ziddiyətli olduğunu deyən politoloq siyasi qüvvələri Rusiyanın bu iyrənc planına qarşı birləşməyə çağırıb. V.Quluzadənin sözlərinə görə, Amerika və Türkiyə Azərbaycandakı vəziyyətlə bağlı ehtiyatlı olmalıdır. “Azərbaycanda vəziyyət olduqca ziddiyətlidir. Amma buna baxmayaraq ölkədə vəziyyət Azərbaycan hakimiyyətinin tam nəzarətindədir. Rusiyanın Azərbaycan çevriliş eləməsi mənim fikrimcə, mümkün deyil. Bütün məsələlər Azərbaycandakı daxili vəziyyətdən aslıdır. Azərbaycanda daxili vəziyyətdə stabillik pozularsa, onda bu vəziyyətdən təkcə Rusiya deyil, hamı istifadə etməyə çalışacaq. Rusiya da buna cəhd edəcək, İran da. Eyni zamanda bu baş verməsin deyə Amerika və Türkiyə çox ayıq olmalıdır. Azərbaycanın milli qüvvələri, iqtidar da hamısı bir yerdə bu cür variantın həyata keçməsinin qarşısını almaq barədə düşünməlidir”-deyə politoloq Saakaşvilinin çıxışını şərh edib. 


Politoloq həmçinin gürcü prezidentin belə bir çıxışının arxasında müəyyən məqamların ola biləcəyini vurğulayıb: “Hesab edirəm ki, Saakaşvili prezident İlham Əliyevlə təkbətək görüşdə bunu deyə bilərdi. Amma bunu mətbuata səsləndirməsinin arxasında bir sıra məsələlər dayana bilər”.