Mehmet Görməz kimdir?

İlk təhsilini Nizipdə, orta məktəbi isə doğulduğu şəhərin İmam-Xətib Liseyində başa vurub. 1983-cü ildə Ankara Universitetinin İlahiyyat fakültəsində ali təhsilini davam etdirib.

2012-05-22 08:38:49
 
 
 
1959-cu ildə Qazıəntəpdə dünyaya göz açıb.
 
İlk təhsilini Nizipdə, orta məktəbi isə doğulduğu şəhərin İmam-Xətib Liseyində başa vurub. 1983-cü ildə Ankara Universitetinin İlahiyyat fakültəsində ali təhsilini davam etdirib. Təhsilini davam etdirməklə yanaşı, ilk əvvəl Kırıkkala bölgəsində Quran kursunda dərs demiş, daha sonralar Ankaranın müxtəlif qəsəbələrində imam və vaiz vəzifəsində işləmişdir.
 
1987-ci ildə bakalavr pilləsini başa vuran Görməz, Ankara Universitetinin İlahiyyat fakültəsinin Hədis bölməsində doktorluq dissertasiyasını yazmağa başlayır.
 
1988-ci ildə bir müddət Qahirə Universitetində araşdırma və tədqiqatlarını davam etdirir.
 
1990-cı ildə “Musa Carullah Bigiyev, həyatı, fikirləri və əsərləri” adlı dissertasiya işini başa vurur və doktoranturaya daxil olur.
 
1994-cü ildə “Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi” adlı dissertasiyası ilə doktor pilləsini də başa vurur. Bununla yanaşı yazdığı dissertasiya 1995-ci ildə Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları Birincilik mükafatı ilə təltif olunur.
 
1995-97-ci illərdə Əhməd Yesevi Universiteti İlahiyyat fakültəsində dərs deməyə başlayır. 1998-ci ildə tədqiqat məqsədi ilə İngiltərəyə gedir. Elə həmin il dosent köməkçisi, 1999-cu ildə dosent, 2006-cı ildə professor elmi dərəcəsini alır.
 
2001-2003-cü ildə Hacəttəpə Universitetində dərslərə başlayır. Ankara Universitetinin İlahiyyat fakültəsində müəllim, 2003-cü ildə Diyanət İşləri Nazirinin müavini, 2010-cu ildə isə Diyanət İşləri naziri təyin edilir. Ərəb və ingilis dillərini bilir. Ailəlidir, 3 uşağı var.
 
Əsərləri:
 
Sünnə və Hədisin Aktual Dəyəri
 
Qəzaliyə görə sünnə, hədis və izahı
 
Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi
 
İslam dininin əsas mənbələri
 
Tərcümə etdiyi əsərlər:
 
Musa Carullahın “Sünnə” kitabı
 
Məhəmməd Əbu Şəhbənin “Sünnəni müdafiə” adlı iki cildli əsəri
 
İmam Əhməd ibni Hənbəlin “Zühd” kitabı.
 
Xarici dildə dərc edilən əsərləri:
 
“Musa Carullah Bigiyev” adlı əsəri Rus dilində 2003-cü ildə Kazanda nəşr edilmişdir.
 
Xarici dildə dərc edilmiş məqaləsi:
 
Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi” adlı məqaləsi 2004-cü ildə ərəb dilində dərc edilmişdir.
 
Tərcümə etdiyi məqalələr:
 
İslam araşdırmalarında hədisin əhəmiyyəti (İngilis dilində)
 
Yarımçıq fəqih dini yıxar
 
Əsrimizdə təriqət və məzhəblərin başa düşülməsi (Ərəb dilində)
 
İslamda təhsil (İngilis dilində)
 
Universitet və digər təhsil ocaqlarında aşağıdakı ixtisaslardan dərs deyib:
 
Hədis
 
Hədis mətinləri
 
Sünnə və hədisin başa düşülməsi
 
Əxlaq və hədis
 
Hədisin təhlil edilməsində semantik məqamlar
 
Təxric metodu
 
Şərqşünaslıq və hədis
 
 
/azerimuslims/