Xətt ölçüsü






Xaricdə təhsil alanların diplomlarının Azərbaycanda tanınmasının şərtləri açıqlanıb
Təhsil nazirinin müavini Qulu Novruzov Trend-ə bildirib ki, xarici ölkədə təhsil alanların diplomlarının tanınması üçün iki vacib faktor var
17 Şubat 2012 Cuma - 08:39
Xaricdə təhsil alanların diplomlarının tanınmasının şərtləri açıqlanıb.
Təhsil nazirinin müavini Qulu Novruzov Trend-ə bildirib ki, xarici ölkədə təhsil alanların diplomlarının tanınması üçün iki vacib faktor var - diplomu verən təhsil müəssisəsinin qanuni, lisenziyalı müəssisə olması və təhsil alanın diplomu həmin müəssisədən qanuni yolla əldə etməsi.
"Xarici ali məktəbdən diplom qanuni yolla təqdim olunubsa, təhsil verən müəssisə isə həmin ölkədə akkreditasiyadan keçmiş müəssisədirsə diplomun tanınmasında problem ola bilməz", - o vurğulayıb.
Nazir müavini qeyd edib ki, xüsusilə qonşu ölkələrdən təhsil almadan, dərslərə getmədən saxta diplom alanlar olur. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində xüsusilə Azərbaycanın rayonlarında pedaqoji fəaliyyətlə məşğul olan şəxslərdə çoxlu saxta diplomlar aşkar olunub və müvafiq tədbirlər görülüb.
Foto
Video
Müsahibə
Facebook



























Qəzzə yenidən bombalandı
İran türklərinin etiraz aksiyası




















RSS/XML
Sitene Ekle
Facebook
Twitter'da Paylaş
Mobil Versiyon