Xətt ölçüsü






Kanadada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan konfrans keçirilib
Konfrans zamanı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi, siyasi və digər cəhətləri ilə bağlı müvafiq çıxışlar olmuş və müzakirələr aparılıb.
17 Şubat 2012 Cuma - 07:08
Xocalı soyqırımının 20-ci il dönümünün qeyd olunması ilə əlaqədar, Azərbaycan Respublikasının Kanadadakı səfirliyi və Kvebek Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə Monreal şəhərində tanınmış Makgil Universitetində Ermənistan-Azərbaycan münaqişəsinə dair konfrans keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.
Konfrans zamanı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi, siyasi və digər cəhətləri ilə bağlı müvafiq çıxışlar olmuş və müzakirələr aparılıb.
Konfransda Azərbaycanın Kanadadakı Fövqəladə və Səlahiyyətli səfiri Fərid Şəfiyev, Kanadanın Hərbi Kollecinin siyasət və iqtisadiyyat departamentinin professoru Pyer Jolikör, Laurenşian Universitetinin siyasi elmlər departamentinin professoru Oreli Lakassan və Kanadanın Beynəlxalq İnstitutunun tədqiqatçısı Rene Jendron təqdimatlar ilə çıxış ediblər.
Tədbirdə Kanada ictimaiyyətinin və Azərbaycan icmasının üzvləri, Monrealda yerləşən Makgil, Konkordiya və digər universitetlərin tələbə və müəllim heyəti iştirak edib.
Foto
Video
Müsahibə
Facebook



























Qəzzə yenidən bombalandı
İran türklərinin etiraz aksiyası




















RSS/XML
Sitene Ekle
Facebook
Twitter'da Paylaş
Mobil Versiyon