Xətt ölçüsü 12 Punto14 Punto16 Punto18 Punto

Ermənistan silahlı qüvvələri 4 istiqamətdə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri 4 istiqamətdə atəşkəsi pozub.

17 Şubat 2012 Cuma - 07:24



Ermənistan silahlı qüvvələri 4 istiqamətdə atəşkəsi pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 16-da saat 14.40-dan 14.45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.00-dan 15.15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 23.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən və fevralın 17-də saat 05.10-dan 05.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.



Yazarlar
Alınan
Müsahibə
Facebook