Xətt ölçüsü 12 Punto14 Punto16 Punto18 Punto

Suriyada neft borusu partladılıb (yenilənib)

TimeTürk Azərbaycan xidmətinin Suriyanın SANA dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Hums şəhərində neft borusu partladılıb.

15 Şubat 2012 Çarşamba - 08:27




TimeTürk Azərbaycan xidmətinin Suriyanın SANA dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Hums şəhərində neft borusu partladılıb.
Ölkə müxalifətinin verdiyi açıqlamaya görə, partlayış Suriya hərbi hava qüvvələrinin Hums şəhərini bombardman etməsi nəticəsində baş verib.
Ötən ilin martından etibarən Suriyada hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.
BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2,5 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.




Yazarlar
Alınan
Müsahibə
Facebook