Xətt ölçüsü






Salehi- Suriyaya dəstək bizim üçün prioritetdir
TimeTürk Azərbaycan xidmətinin İranın Mehr Agentliyinə istinadən verdiyi məlumata görə, İslam respublikasının XİN rəhbəri Əli Əkbər Salehi Suriyada baş verən hadisələri şərh edərək, İranın bundan sonra da Suriya hakimiyyətinə dəstək verəcəyini bildirib
15 Şubat 2012 Çarşamba - 09:20
TimeTürk Azərbaycan xidmətinin İranın Mehr Agentliyinə istinadən verdiyi məlumata görə, İslam respublikasının XİN rəhbəri Əli Əkbər Salehi Suriyada baş verən hadisələri şərh edərək, İranın bundan sonra da Suriya hakimiyyətinə dəstək verəcəyini bildirib
"Suriyaya dəstək bizim üçün prioritetdir. Islam respublikası bundan sonra da Suriya hakimiyyətinə hər cür dəstək verəcək" deyə Salehi qeyd edib.
XİN rəhbərinin sözlərinə görə, İran digər ölkələrin Dəməşqin daxili içlərinə qarıçmasının qəti əleyhinədir.
Ərəb mediasının Suriya İnqilab Koordinasiya Şurasına istinadən verdiyi məlumata əsasən İran İslam Respublikası keçən həftə Suriyaya 15 min İslam İnqilabı Keşikçilər Korpusunun fəalları göndərilib.
Ötən ilin martından etibarən Suriyada hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.
BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2,5 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.
Suriya ordusunda isə parçalanmalar davam edir belə ki, toqquşmalar başlayandan bu günə kimi 40 min hərbiçi ordudan ayrılaraq, müxalifətə keçiblər.
Foto
Video
Müsahibə
Facebook



























Qəzzə yenidən bombalandı
İran türklərinin etiraz aksiyası




















RSS/XML
Sitene Ekle
Facebook
Twitter'da Paylaş
Mobil Versiyon