Xətt ölçüsü






İran Azərbaycana nota verməklə öz əməllərini sığortalamağa çalışır
İranın Azərbaycana qarşı verilən etiraz notasını təhlil etdiyimiz zaman aydın olur ki, İran düşdüyü vəziyyətdən çıxmaq üçün belə addımlar atır.
15 Şubat 2012 Çarşamba - 08:37
İranın Azərbaycana qarşı verilən etiraz notasını təhlil etdiyimiz zaman aydın olur ki, İran düşdüyü vəziyyətdən çıxmaq üçün belə addımlar atır. Bu sözləri Gün.Az-a Amerikadan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin sədri, politoloq Davud Turan İranın Azərbaycana etiraz notasını şərh edərkən bildirib.
“Bu, birincə dəfə deyil ki, İrandan belə münasibət görürük. Hər dəfə İranın Azərbaycanda diplomatiyadan kənar əməlləri ifşa olunandan sonra rejim belə addımlar atır.
Azərbaycan hakimiyyəti beynəlxalq hüquq və öz Konstitusiyası çərçivəsində İranın bu əməllərinə cavab verir. Amma mənə görə bu məsələyə ən çox təsir göstərən faktor Azərbaycan parlamentində şimal və cənub məsələsinin gündəmə gəlməsidir. İran buna görə çox narahat olub. Azərbaycana verilən notanın əsas mahiyyətində bu faktor dura bilər”, - deyə politoloq qeyd edib.
Politoloq, xüsusilə, İran nüvə alimlərinin öldürülməsindən bir neçə ay keçdikdən sonra Xarici İşlər Nazirliyinin notasından təəccübləndiyini bildirib.
“İran siyasətçiləri bir şeyi bilməlidirlər ki, Azərbaycan hakimiyyəti İrana qarşı hansısa hərəkətləri başqa vasitələrlə edə bilərlər. İranı qəzəbləndirən digər başqa məsələ keçən günlərdə İsrail müəllimlərinə qarşı ola biləcək qəsdin üstünün açılması və bu hadisənin əsas təşkilatçılarının İran xüsusi xidmət orqanları ilə əlaqələndirilməsidir.
Çünki, bu bir ciddi ittihamdir. İran bu iddialar qarşısında özünü haqlı çıxartmaq üçün nüvə alimlərinin öldürən casusların Azərbaycana gəlməsi və s. əlaqələndirirək etiraz notası verməsi əslində İran apardığı antiazərbaycan təbliğatını sığortalamağa çalışır”, - deyə D.Turan vurğulayıb.
Foto
Video
Müsahibə
Facebook



























Qəzzə yenidən bombalandı
İran türklərinin etiraz aksiyası




















RSS/XML
Sitene Ekle
Facebook
Twitter'da Paylaş
Mobil Versiyon