Xətt ölçüsü 12 Punto14 Punto16 Punto18 Punto

Gəncədə sahibsiz itlər zərərsizləşdirilir

Bu barədə məlumatı Gün.Az-a Gəncə şəhər Təmizlik İdarəsinin rəisi Babək Əliyev verib.

15 Şubat 2012 Çarşamba - 08:39




Gəncədə sutkada 20 it zərərsizləşdirilir.
Bu barədə məlumatı Gün.Az-a Gəncə şəhər Təmizlik İdarəsinin rəisi Babək Əliyev verib.
 
Onun sözlərinə görə, idarədə xüsusi olaraq bir nəfər bu işlə məşğuldur.
 
“Bir işçimizə xüsusi “QAZ-53” markalı avtomobil ayrılıb. O gecə saatlarında şəhəri gəzərək sahibsiz itləri aşkarlayır və onları silahla vuraraq maşına yığır. Sonra şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə apararaq orada qeydiyyata salır. Bundan sonra zibil poliqonuna apararaq xüsusi nəzərdə tutulmuş yerdə zərərsizləşdirir” - deyə, B.Əliyev bildirdi.
 
Müsahib qeyd etdi ki, idarədə sahibsiz itlərin zərərsizləşdirilməsi işində sakinlər də yardımçı olur. Belə ki, şəhərin müxtəlif yerlərindən vətəndaşlar idarəyə zəng vuraraq sahibsiz itlərin onların gediş-gəlişinə mane olduqlarını bildirirlər. Qurum dərhal həmin itləri zərərsizləşdirir.
 
Qeyd edək ki, ötən il Gəncədə 6500-ə yaxın sahibsiz it zərərsizləşdirilib.



Yazarlar
Alınan
Müsahibə
Facebook