Xətt ölçüsü






Elxan Mansurov kimdir?
Elxan Mansurov A.Zeynallı adına Bakı Musiqi məktəbi və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirmişdir.
15 Şubat 2012 Çarşamba - 07:16
Mansurov Elxan Bəhram oğlu 21 fevral 1955-ci ildə anadan olmuşdur
Elxan Mansurov A.Zeynallı adına Bakı Musiqi məktəbi və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirmişdir.
Hələ musiqi məktəbinin I kurs tələbəsi ikən Opera və Balet teatrının orkestrinə qəbul edilən E.Mansurov otuz ildən artıqdır ki, burada çalışır və neçə illərdir ki, tar qrupunun konsertmeysteridir.
Hələ kiçik yaşlarında tarda çalmağın sirlərini atasından öyrənmiş, teatrda işlədiyi uzun illər ərzində öz təcrübə və ustalığını daha da artırmışdır. İstedadlı sənətçi teatrın repertuarında olan bütün muğam operalarında solo tar partiyalarını ifa edir.
O, səhnəmizin bir çox görkəmli sənətçiləri-xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Baba Mirzəyev, Səkinə İsmayılova, Qəndab Quliyeva, Mənsum İbrahimov, Nəzakət Teymurova və b. müşayət etmiş və etməkdədir. Gənc muğam ustaları Gülüstan Əliyevanın Leyli, Səbuhi İbayevin ilə Məcnun rolunu hazırlayıb ifa etməsinə E.Mansurov böyük əmək sərf etmişdir.
E.Mansurov geniş pedaqoji fəaliyyətlə də məşğul olur. O, Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi kollecində və Ş.Məmmədova adına Opera studiyasında çalışmaqla, xalqımızın bu qədim milli musiqi alətində ifa etməyin sirlərini gənclərə həvəslə öyrədir.
E.Mansurov teatrın müğam bölməsinin 2000 və 2005-ci illərdə Türkiyənin İstambul şəhərində keçirilən qastrol səfərlərində iştirak etmiş və öz uğurlu çıxışı ilə truppanın müvəffəqiyyətini bir çox cəhətdən təmin etmişdir.
2005-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
adam.az
Foto
Video
Müsahibə
Facebook



























Qəzzə yenidən bombalandı
İran türklərinin etiraz aksiyası




















RSS/XML
Sitene Ekle
Facebook
Twitter'da Paylaş
Mobil Versiyon