Xətt ölçüsü 12 Punto14 Punto16 Punto18 Punto

Davudoğlu Qətərli həmkarı ilə Suriyanı müzakirə edib

TimeTürk Azərbaycan xidmətinin Ərəb mətbuatına istinadən verdiyi məlumata görə Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Qərərli həmkarı Xalid Bin Məhəmməd Əl Attiyah ilə telefon danışığında Suriyadakı son vəziyyəti müzakirə edib.

15 Şubat 2012 Çarşamba - 11:48




TimeTürk Azərbaycan xidmətinin Ərəb mətbuatına istinadən verdiyi məlumata görə Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Qərərli həmkarı Xalid Bin Məhəmməd Əl Attiyah ilə telefon danışığında Suriyadakı son vəziyyəti müzakirə edib. Məlumata görə, XİN rəhbərləri Tunisdə planlaşdırılan " Suriyanın dostları" toplantısında müzakirə olunacaq mövzuları ələ alıblar.
 
Ötən ilin martından etibarən Suriyada hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.
 BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2,5 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.
Suriya ordusunda isə parçalanmalar davam edir belə ki, toqquşmalar başlayandan bu günə kimi 40 min hərbiçi ordudan ayrılaraq, müxalifətə keçiblər.

Bu gün Suriya Dövlət televiziyasına verdiyi məlumata görə, fevral ayının 26 Suriyada yeni konstitusiya qəbul edilməsi üçün referendum keçiriləcək.




Yazarlar
Alınan
Müsahibə
Facebook