Xətt ölçüsü






Misirdə 3 günlük matəm elan edilib
Misirin Port-Səid şəhərində yerli 'Əl-Məsri' futbol klubu ilə Qahirənin 'Əl-Əhli' klubu arasında oyun zamanı azarkeşlər arasında baş verən qanlı toqquşmada 74 nəfərin ölümü ilə bağlı ölkədə 3 günlük matəm elan edilib. İğtişaşların yaradanlardan 47 nəfər artıq saxlanıb.
02 Şubat 2012 Perşembe - 09:36
Misirin Port-Səid şəhərində yerli "Əl-Məsri" futbol klubu ilə Qahirənin "Əl-Əhli" klubu arasında oyun zamanı azarkeşlər arasında baş verən qanlı toqquşmada 74 nəfərin ölümü ilə bağlı ölkədə 3 günlük matəm elan edilib. İğtişaşların yaradanlardan 47 nəfər artıq saxlanıb.
İlkin məlumatlara görə, kütləvi iğtişaşlara iki taym arasındakı fasilədə "Əl-Əhli" klubunun azarkeşlərinin qarşı tərəfi təhqir edən plakat qaldırması səbəb olub. Ev sahibi "Əl-Məsri" 3:1 hesabı ilə qalib gəlsə də, final fitindən dərhal sonra elə həmin komandanın qəzəbli azarkeşləri meydana axışıb. Onlar təkcə rəqib komandanın azarkeşlərinə deyil, futbolçulara və məşqçilərə də hücum ediblər. Bu səhnəni görən digər azarkeşlər tribunalardan çıxışlara doğru axışıb, məhz burada onlarla adam basabasda əzilərək ölüb. Qahirə futbolçularını və onların azarkeşlərini güc strukturları xüsusi avtomobillərdə evakuasiya etməli olub. Futbolçular və Qahirədən olan 20 yaralı azarkeş hərbi-nəqliyyat təyyarəsi ilə paytaxta çatdırılıb.
Port-Səid şəhərində əməliyyat qərargahı yaralıdılıb, Misirin baş prokuroru Əbdül Məqid Mahmud ora gedib. Baş vermiş hadisəyə səbəb olanların tezliklə cəzalandırılacağı vəd edilib. Hərbi Qüvvələrin komandanlığı yeni toqquşmaların qarşısını almaq üçün Port-Səid şəhərinə hərbi qüvvələr cəlb edib. Misir hökuməti və parlamenti isə qanlı hadisə ilə əlaqədar fövqəladə iclaslar keçirəcək.
Foto
Video
Müsahibə
Facebook



























Qəzzə yenidən bombalandı
İran türklərinin etiraz aksiyası




















RSS/XML
Sitene Ekle
Facebook
Twitter'da Paylaş
Mobil Versiyon