Xətt ölçüsü 12 Punto14 Punto16 Punto18 Punto

Bakıda çovğun aeroportun işinə təsir göstərib

Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib. Bu barədə cümə axşamı Trend-ə Aeroportdan məlumat verilib.

02 Şubat 2012 Perşembe - 07:49




Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib. Bu barədə cümə axşamı Trend-ə Aeroportdan məlumat verilib.

Baxmayaraq ki, reyslərin heç biri ləğv edilməyib, bütün reyslərin Bakıdan yola düşməsi təxirə salınıb.

Həmçinin saat 05:40-da Tehrandan Bakıya gəlməli olan J2 006 reysinin gəlişi saat 12:00-dək təxirə salınıb.

Naxçıvandan saat 02:55-də Bakıya gəlməli olan J2 258 reysi isə eniş edə bilməyib və geri qayıtmalı olub. Bu reysin gəlişi saat 09:00-dək təxirə salınıb.



Yazarlar
Alınan
Müsahibə
Facebook