Monsef Mərzuqi kimdir?

Tunisin müvəqqəti prezidenti, insan haqları müdafiəçisi, fizik və politoloqdur.

2011-12-20 15:50:16



Tunisin müvəqqəti prezidenti, insan haqları müdafiəçisi, fizik və politoloqdur.

Monsef Mərzuqi 1945-ci il iyul ayının 7-də Tunisin Qrombaliya şəhərində anadan olub. Fransanın Strasburq universitetində tibb təhsili alıb.

1979-cu ildə Tunisə qayıdan Mərzuqi Sussa şəhərində Tibb Birliyi Mərkəzini və Uşaq Zorakılığına qarşı Afrika Şəbəkəsini yaradıb. Elə həmin dövrdə Mərzuqi İnsan Hüquqlarının Müdafiəsi üzrə Tunis Liqasına qoşulur. Mərzuqi gənclik illərində Hindistana səfər edərək, Mahatma Qandinin sivil müqavimət üsulunu öyrənir. Daha sonra Cənubi Afrika Respublikasına gedən Mərzuqi orada aparteiddən keçid dövrü ilə yaxından tanış olur.

1991-ci ildə Tunisdə “ən-Nəhdə” hökuməti qəddarcasına hakimiyyətdən uzaqlaşdırıldığı zaman Mərzuki Tunis prezidenti Ben Əliyə qarşı çıxaraq onu hüquqa hörmət etməyə çağırır.

Mərzuqi 1993-cü ildə Vicdan Məhbuslarının Müdafiəsi üçün Milli Komitənin qurucu üzvü olur, ancaq qurumun hökumətin dəstəkçiləri tərəfindən “geri alınması”ndan sonra istefa edir. Qurumdakı fəaliyyətindən istefa etdikdən bir qədər sonra Mərzuqi fəaliyyəti qadağan edilmiş dini qruplarla əməkdaşlıq etdiyinə görə həbs edilir. Həbsdən çıxdıqdan sonra isə Azadlıqlar üçün Milli Komitəni formalaşdırır.

2001-ci ildə Respublika üçün Konqres Partiyasını qusa da bir il sonra sözügedən partiyanın fəaliyyəti qadağan edilir. Bundan sonra yenidən Fransaya qayıdan Mərzuqi partiyasını oradan idarə etməyə davam edir.

2011-ci il yanvar ayının 17-də Mərzuqi İnsan Haqları üzrə Ərəb Komissiyasının sədri seçilir.

2010-2011-ci il Tunis inqilabı və nəticədə ölkə prezidenti Zeynəlabdin ibn Əlinin ölkədən qaçmasından sonra Mərzuqi yenidən Tunisə qayıtdığını və prezident seçkilərində iştirak etmək niyyətini bəyan edir.

2011-ci il dekabr ayının 12-də Tunisin parlamenti tərəfindən müvəqqəti olaraq prezident vəzifəsinə təyin edilir.
AzeriMuslims