Qüsl hansı hallarda alınmalıdır? Qüslü necə almaq lazımdır?

“Allah haqqı söyləməkdə həya etməz” (əl-Əhzab 53) Qüsl Allahın kitabı və Rəsulunun (s) sünnəti ilə sabit olub onu gərəktirən hallar da bildirilmişdir:

2011-10-17 15:55:42



“Allah haqqı söyləməkdə həya etməz” (əl-Əhzab 53) Qüsl Allahın kitabı və Rəsulunun (s) sünnəti ilə sabit olub onu gərəktirən hallar da bildirilmişdir:
 
1. Məninin (spermanın) çıxması.
Ummu Sələmədən (r) rəvayətə görə Ummu Süleym (r) belə dedi: “Ya Rəsulullah (s.a.s.)! Allah haqqı söyləməkdən çəkinməz. Qadın ihtilam olduğu halda (şəhvət hissi keçirərək qurtaranda) qüsl gərəkdirmi?” Peyğəmbər (s) belə buyurdu: “Bəli, su (sperma) gəlirsə gərəkdir.” (Buxari, Müslim)
2. Məni çıxsa da çıxmasa da cinsi münasibət. 
Rəsulullah(s) buyurur: “Qadının dörd orqanı (əlləri və ayaqları) arasına oturub sonra cinsi münasibət olarsa, istər məni gəlsin istər gəlməsin sözsüz ki, qüsl vacib olur.” (Müslim, Əhməd)
“Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin).” (Əl-Maidə 6).
Bu ayənin açıqlamasında İmam Şafii deyir: “Ərəb dilində cunubluq sözü məni gəlməsə belə həqiqi mənada cinsi birləşmə mənasında işlənir. “Filankəs filanla cunub oldu” deyildikdə inzal olmasa (məni çıxmazsa) belə cinsi birləşmə ağla gəlir.”
3. Heyz və nifas (qadınlardakı aylıq və doğuşdan sonrakı qan halları).
 
4. Ölüyə vacib olan qüsl (cənazə qüslü).
5. İslamı qəbul etmə.
Qüslün necə alınması haqqında bunları söyləyə bilərik. Qüslün necə alınmasına keçməkdən əvvəl onun vacib olan şərtlərini bildirmək istərdik.
1. Niyyət.
Qüsl alarkən, qüslə almağa niyyət etmək vacibdir. Bundan ötəri nələrsə söyləməyə ehtiyac yoxdur. Niyyət qəlbən, fikrən olur. Necə ki, sərinlənmək niyyəti ilə yaxalanmağa hazırlaşan birisi bunu qəlbən, fikrən keçirir. Dili ilə "sərinlənmək üçün yaxalanıram" sözlərini demir. Sərinlənmək və ya bədəni kirdən təmizləmək niyyəti İlə yaxalanmaq; sərinlənmək və ya çimmək sayılar. Baxmayaraq ki, yaxalanma qüsldəki qayda ilə olmuşdur bu şəriətdəki qüsl sayılmaz.
2. Bütün bədənə bir dəfə suyun dəyməsi.
Bədəndə iynə ucu qədər quru yer qalmamalıdır. Hətta insan qüsl niyyəti ilə dənizdə və ya başqa dərin bir yerdə suyun içinə girib çıxmaqla qüsl almış sayılır. Bunlar qüslün vacib olan şərtləri idi. Bu vacib şərtlərdən başqa qüslün bir çox ədəb və müstəhəbləri (vacib olmayıb amma yaxşı sayılan) var. Bu ədəb və müstəhəb olan qaydalardan biri yerinə yetirilməzsə amma iki vacib şərti (niyyət və bütün bədənin islanması) yerinə yetirilərsə qüsl alınmış sayılır.
Ədəb və sünnətləri ilə bərabər qüslün alınma şəkli.
Qüsl alarkən çalışmaq lazımdır ki, arxa və üz tərəf qiblə istiqamətində olmasın. Bir də tək olmağa baxmayaraq mələklərdən həya edərək övrət yerləri, ön və arxa tərəfdən örtülü olsun.
Əlləri üç dəfə yaxalamaqla başlamaq.
Sol əl ilə örtünün altından ön və arxa tərəf övrət yerlərini yumaq.
Sağ əl ilə ağıza üç dəfə su alıb boğaza qədər götürüb qarqara etmək, buruna üç dəfə su çəkmək.
Dəstəmazda olduğu kimi üzü üç dəfə yumaq. Dəstəmazın davamı olaraq sağ sonra sol qolu üç dəfə yumaq.
Başa məsh çəkib ayaqları yumaq.
Başa su tökmək. su dibinə getsin deyə saçları ovmaq.
Sonra üç dəfə başdan su tökmək. Vücuddan əl çatan mümkün olan hər yeri ovmaq.
Sağ çiyindən sonra sol çiyinə su tökərək vücudu ovmaq.
Ehtiyac olarsa qırağa çəkilib ayaqları üç dəfə yumaq.
Saçı uzun qadınlar saçlarını yumalıdırlar. Amma hörüklü qadınlar başlarına su tökərək saçın dibinə su çatınca başım ovar. Hörükləri nə açmaq nə də yumaq lazım gəlməz.
Bu qüslün kamil şəkildə alınma qaydaları idi. Burada qeyd edilən qüslün ədəb və müstəhəb qaydalardan biri yerinə yetirilməzsə, amma iki vacib şərti (niyyət və bütün bədənin islanması) yerinə yetirilərsə qüsl alınmış sayılır.