Xətt ölçüsü






Qurban bayramının tarixi açıqlandı
Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar həmin ölkədən keçməyəcək, İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək.
29 Eylül 2011 Perşembe - 12:29
Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar həmin ölkədən keçməyəcək, İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək.
Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli bildirib.Hacı Sabir Həsənli qeyd edib ki, bu il Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər.
“Hər il olduğu kimi, bu il də 2 min nəfərin yola düşməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 41-42 avtobusla yola düşəcək”.
QMİ rəsmisi vurğulayıb ki, İraqda da bəzi hadisələrin yaşanmasına baxmayaraq, İraq hökuməti zəvvarların təhlükəsizliyininə zamin durur və İran-İraq sərhəddindən İraq-Səudiyyə Ərəbistanı sərhəddinə qədər karvanlar mühafizə dəstələri tərəfindən müşayiət olunur. Lakin Suriya tərəfdən eyni addımı gözləməyə dəyməz. Biz də, təbii ki, 1300-ə qədər zəvvarımızı təhlükə altında qoya bilmərik”.
S.Həsənlinin sözlərinə görə, digər qaydalara dəyişiklik olunmayacaq.
Foto
Video
Müsahibə
Facebook



























Qəzzə yenidən bombalandı
İran türklərinin etiraz aksiyası




















RSS/XML
Sitene Ekle
Facebook
Twitter'da Paylaş
Mobil Versiyon