Xətt ölçüsü 12 Punto14 Punto16 Punto18 Punto

Prezident İlham Əliyevin kiçik qızı ailə qurdu

Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu olub. O, Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun 23 yaşlı yeganə oğlu Səməd Qurbanovla ailə qurub.

04 Eylül 2011 Pazar - 10:02




Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu olub. O, Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun 23 yaşlı yeganə oğlu Səməd Qurbanovla ailə qurub.

ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda ailə biznesi ilə məşğul olur. Arzu Əliyeva isə İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda iştirak edir.

Gənc cütlüyün toyu Xəzər dənizi sahilində, Bilgəh qəsəbəsində açıq havada keçirilib. Mərasimdə ailələrin yaxın qohum və dostları, eləcə də Azərbaycanda akkreditasiya olunmuş bir sıra diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Toy kifayət qədər təvazökar, bununla belə, olduqca nəfis təşkil edilib. Süfrədə Avropa elementlərinin də əlavə edildiyi Azərbaycaen mətbəxinin xörəkləri olub. Mərasimin musiqi müşayiətincə yalnız Azərbaycan müğənniləri iştirak ediblər.

Rusiya prezidenti Dmitri Medvedev və həyat yoldaşı Svetlana Medvedeva aişə quran gəncləri gəlinin valideynlərinə yolladıqları teleqramla təbrik ediblər.
ANSPRESS



Yazarlar
Alınan
Müsahibə
Facebook