QİÇS nədir ?

Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing: Acquid Immune Deficiency Syndrom) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) i

2011-08-19 09:20:19


Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing: Acquid Immune Deficiency Syndrom) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahir formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.
 
Xəstəliyin hazırda letallıq göstəricisi 100%-dir. QİÇS zamanı ölüm ya opportunist infeksiyalardan, ya da bəd xassəli şişlərdən və onların yayılmasından (metastazvermə) baş verir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir.
 
    Cinsi yolla - xüsusilə də, paraseksual (qeyri-təbii) əlaqələr zamanı.
    Damardaxili inyeksiyalar yolu ilə - narkomanlar tərəfindən narkotik maddələrin damar daxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
    Transplasentar yolla - xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.
 
Bu səbəbdən də xəstəlik ən çox - 60% homoseksual kişilər arasında yayılmışdır. Ümumiyyətlə QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə homoseksualistlərdən sonra ikinci yeri tuturlar - 20-25%. Bundan sonra isə xəstəlik hemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqələrdə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir (kriptogen).
 
QİÇS-lə xəstə şəxslərdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyin daxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HlV-viruslar çox az rast gəlinir. İmmun sistemin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin (məsələn, Kapoşi sarkoması) inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnirlər. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.
 
Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV   infeksiyadır (HİV   Human İmmunodeficiency Virus, yəni İİV   İnsan İmmunçatışmazlıq Virusu). QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksualistlər arasında aşkar olunmuşdur.
Azərbaycanda vəziyyət
 
İnsanın immun çatişmazliği virusunun törətdiyi HİV infeksiyası dünyada geniş vüsət almışdı. Azərbaycanda HİV - ə yoluxma səviyyəsinin göstəricisi digər ölkələrlə müqayisədə aşağıdır və bu problem daim Səhiyyə Nazirliyinin nəzarətindədir. HİV infeksiyasina yoluxma daha çox narkotik istifadəçiləri arasinda geniş yayilib. Belə ki HİV yoluxması aşkar olunmuş 330 nəfərdən 210- da yoluxma məhz narkotik istifadəsi nəticəsində yaranıb. Azərbaycanda 2009- cu ilin 9 ayıərzində HİV- ə yoluxmuş 330 şəxsdən 319- u Azərbaycan vətəndaşi 11 nəfəri isəəcnəbi vətəndaşıdır.Qeydiyyata alınmış 319 azərbaycan vətəndaşından 277- i kişi, 42 isə qadındır.Bu dövr ərzində AİDS mərhələsinə keçən azərbaycan vətəndaşlarının sayı 59 nəfər vəfat etmiş vətəndaşların sayı isə 30 nəfər olmuşdur. HİV- ə yoluxmuş Azərbaycan vətəndaşından 98 nəfəri respublikadan kənarda yoluxub. Qeyd etmək lazimdir ki, Azərbaycanda HİV infeksiyası ilk dəfə 1987 ci ildə aşkar edilmişdir. Hal - hazırda Respublika Qiçs-lə Mübarizə mərkəzində 2144 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 82 nəfəri əcnəbi 2062 nəfəri isə Azərbaycan vətəndaşıdır. Azərbaycanda ilk dəfə olaraq 08.11.2006-cı il tarixdən etibarən HİV-ə yoluxmuş insanlar Səhiyyə Nazirliyi tərəfindən pulsuz qaydada Respublika Qiçs-lə Mübarizə mərkəzində antiretrovirus preparatları ilə müalicəyə cəlb olunub.Bu müalicədə 287 nəfər iştirak edir.Respublikada AİDS problemi iləəlaqədar ictimai və beynəlxalq təşkilatlarla əməkdaşliq davam edir.
QİÇS Semptomları
·         Çəkinin izah olunmayan itirilməsi.
·         Uzun müddətli ishal.
·         Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.
·         Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.
·         Bir aydan çox sürən öskürək.
·         Uzun müddətli subfebril (37) qızdırma.