Kosmetika dəstəmazı batil edir?

Kosmetika çəkilməsi dəstəmazı batil etmir. İkinci suala gəldikdə: kosmetika çəkilmiş üzlə namaz qılmaq olar. Yumağa ehtiyac yoxdur.

2011-08-09 14:41:03


Kosmetika çəkilməsi dəstəmazı batil etmir. İkinci suala gəldikdə: kosmetika çəkilmiş üzlə namaz qılmaq olar. Yumağa ehtiyac yoxdur. Kosmetika da daxil qadının bəzənməsi evdə öz əri üçündürsə bu yaxşı bəyənilən əməl sayılır.
Hətta bir növ qadının əri qarşısındakı vəzifələrindən biridir. Qadının evdən çıxarkən bəzənməsi xoş görülməyən əməllərdən sayılır.
Təəssüflər olsun ki, bizim yaşadığımız cəmiyyətdə bunun tam əksi hökm sürməkdədİr. Yəni evində ərinə gözəl görsənmək üçün öz yaraşıq və zinətinə fikir verilmədiyi halda evdən çıxarkən bəzənmək bir qanun olmuşdur. Bu əslində şeytan vəsvəsəsi ilə insanların aldanmasıdır. "Şeytansizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət və’dəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir." (Əl-Bəqərə 268) "Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik." (əl-Əraf 27)
"(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!* Yalnız Sənin sadiq bəndələrindən başqa!" (Əl-
Hicr 39, 40)