Üzərində yazı olan paltarla namaz

Üzərində yazı və ya hərf olan maykada, köynəkdə, papaqda, şalvarda və ya digər geyimdə namaz qılmaq olar?

2011-01-11 14:43:52
Allaha həmd olsun. Allah namazı əmr buyurmuşdur. Həmçinin onun qayda və şərtlərini də sünnət vasitəsi ilə təfsilatıyla bərabər açıqlamışıdır. Namazın xaricində onun səhih olması üçün bəzi şərtlər vardır: bədən, paltar və namaz qılınacaq yerin təmizliyi, qibləyə dönmək, namazın vaxtı, övrət yerinin örtülməsi. Göründüyü kimi bu şərtlərdən biri namazda övrət yerini örtəcək paltarın olmasıdır. Paltarın üzərində yazı və ya hətta şəkil olsa belə bu amillər namazın səhih olması üçün kifayət gələn şərtin yetirilməsinə əngəl deyil. Yəni üzərində yazı və şəkil olan paltarla namaz qılmaqla namaz yerinə yetirilər.
Bu qeyd edilən namazın vacib şərtləri ilə bərabər bir də vacib olmayıb və namazın yerinə yetirilməsi şərtlərindən sayılmayan, bəzi şeylər var ki, bunlar məkruhdur (xoş qarşılanmayan). Bunlardan bəziləri paltarın aşağı qisminin dar olması, üzərində canlı bir varlığın (insan və ya heyvan) şəkli və ya çirkin şeyləri reklam edən biədəb, nalayiq sözlərin olması və sair paltarlardır. Bu paltarların məkruh olmasını əslində namazla məhdud etmək doğru olmaz. Bunlar ümumiyyətlə müsəlmanın uca məqamına yaraşmayan paltarlar olduğu halda, həyatın bir hissəsi olan namazda da geyilməsi xoş qarşılanmayan paltar növüdür. Doğrusunu Allah bilir.
Müsəlmanların davranışlarına gəldikdə, onlar heç vaxt müsəlman olduğunu unutmamalı, heç kəsdən əksik, aşağı olmadığını, əksinə Allahın yer üzündəki şərəfli xəlifə təyin edildiyini xatırlamalıdırlar. Üzərində daşıdığı bu böyük məsuliyyətdən dolayı həyatın hər sahəsində hər atacaq addıma daima diqqət yetirməlidirlər. Allah bizləri bağışlasın və islah etsin.