Namazda Qulhuvallahdan başqa surə oxumaq olar?

Namazda Qurandan Fatihə surəsini oxumaq vacibdir. Çünki Peyğəmbər (s) buyurur ki, 'Fatihəsi olmayanın namazı yoxdur' (Camaat-bütün hədis alimləri).

2010-11-24 17:20:30
Namazda Qurandan Fatihə surəsini oxumaq vacibdir. Çünki Peyğəmbər (s) buyurur ki, "Fatihəsi olmayanın namazı yoxdur" (Camaat-bütün hədis alimləri). "Fatihəni və Qurandan asan gələni oxumaqla əmr olunduq."(Əbu Davud) Fatihədən əlavə Quranın hər hansı bir yerindən istər tam surə olsun, istərsə ayətlərdən ibarət bir hissə olsun oxunması vacib deyil müstəhəbdir. Yəni edilməsi xoş görülən və təşviq olunan bir şeydir. Ümumiyyətlə bu oxunan, Quranın yaxşı hifz edilən, bilinən bir hissəsi olmalıdır. Çünki Allah təalə buyurur ki: "Qurandan asan gələni oxuyun." (Muzzəmmil 20)  Bir sözlə namazda fatihədən başqa İxlas ( Qulhuvallah) surəsi oxuna bildiyi kimi hər hansı bir surə və ya ayət oxuna bilir.